Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması

Azərbaycan–Suriya münasibətləri — Azərbaycan Respublikası ilə Suriya Ərəb Respublikası arasındakı mövcud ikitərəfli əlaqələr.

Azərbaycan–Suriya münasibətləri

Vikipediya, azad ensiklopediya
Azərbaycan-Suriya münasibətləri
Azərbaycan və Suriya
 Azərbaycan  Suriya
Digər
Quruluş tarixi 28 mart 1992
Dövriyyə 1,581 mln doll. (2024)
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Azərbaycan–Suriya münasibətləriAzərbaycan Respublikası ilə Suriya Ərəb Respublikası arasındakı mövcud ikitərəfli əlaqələr.

Diplomatik əlaqələr

İki ölkə arasında diplomatik əlaqələr 1992-ci ilin mart ayının 28-də qurulmuşdur.

Suriya prezidenti Bəşər Əsəd sonuncu dəfə Azərbaycana 2009-cü il iyulun 8-də səfər edib. Əsədin səfəri Azərbaycan prezidenti İlham Əliyevin rəsmi dəvəti ilə baş tutub. Səfər zamanı Əsəd Milli Məclisdə də olub.

Azərbaycan 2025-ci ilin fevralında Suriyada səfirliyinin fəaliyyətinin bərpası istiqamətində işlər apardığını açıqlayıb. Bundan əvvəl, 2024-cü ilin dekabrında Suriyada hakimiyyət dəyişikliyi baş verdikdən sonra iki ölkə arasında münasibətlərin normallaşması prosesi başlanıb.

Fevralın 17-də Xarici İşlər Nazirliyi Azərbaycanın 13 ildən sonra Dəməşqdəki səfirliyinin fəaliyyətini bərpa etməsi barədə məlumat yayıb.

İlham Əliyev və Əhməd əş-Şaraa İyul 2025

Parlamentlərarası əlaqələr

Bir müddət Azərbaycan Respublikasının Milli Məclisində Azərbaycan-Suriya parlamentlərarası əlaqələr üzrə işçi qrupu fəaliyyət göstərmişdir. Bu işçi qrupu 5 dekabr 2000-ci ildə yaradılmış və ilk rəhbəri Əli Abbasov olmuşdur.

2009-cu ilin iyulunda Suriya Prezidenti Bəşər Əsəd Azərbaycana səfəri zamanı Milli Məclisdə də olub. Parlamentdə Bəşər Əsədi Azərbaycan-Suriya dostluq qrupunun o zamankı rəhbəri, deputat Cavanşir Paşazadə və Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyev qarşılamışdı.

İqtisadi münasibətlər

Əmtəə dövriyyəsi (min doll.)

İl İxrac Idxal Ümumi dövriyyəsi
2020 0 454,84 454,84
2021 120,62 465,89 586,51
2022 36,19 762,68 798,87
2023 187,08 315,26 502,34
2024 888,90 691,66 1 580,56
Üst