Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması

Ağyataq — Azərbaycan Respublikasının Kəlbəcər rayonunun Abdullauşağı kənd inzibati ərazi dairəsində kənd.

Ağyataq (Kəlbəcər)

40°04′48″ şm. e. 46°10′25″ ş. u.HGYO
Vikipediya, azad ensiklopediya
Ağyataq
40°04′48″ şm. e. 46°10′25″ ş. u.HGYO
Ölkə
  •  Azərbaycan
Xəritəni göstər/gizlə
Ağyataq xəritədə
Ağyataq
Ağyataq

AğyataqAzərbaycan Respublikasının Kəlbəcər rayonunun Abdullauşağı kənd inzibati ərazi dairəsində kənd.

Kənd adını eyniadlı civə yatağı olan dağdan almışdır.

1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələrii tərəfindən işğal edilib. Kənd Azərbaycan Silahlı Qüvvələrinin uğurlu əməliyyatı nəticəsində Azərbaycana qaytarılıb.

Tarixi

Kəndin yerləşdiyi ərazi ağ rəngli torpaqdan ibarətdir və bu torpaqda bitən otun yağlılığı çox yüksəkdir. Bu əraziyə bəzən də "Yağ yataq" deyirlər. Kəndin ərazisində "Ağ yataq" adlanan mineral filiz yatağı sahəsi də var. Kəndin adı buradan götürülmüşdür.

Yaylaqlar

Qaraqayanın boynu yurd, Hacıalılar yurdu, Kəlgönnənən yurd, Eyvanın başı yurd, Ağdaşlar yurdu, Sarltopal yurdu, Qaçaydüşən yurd, Dincdərə yurdu, Qazax Alının yurdu.

Bulaqlar

Novlu bulaq, Ağdaşların bulağı, Salehin bulağı, Kərttənkələzli bulaq, Bənövşəli bulaq, Ağ bulaq, Yağlı bulaq, Portport bulaq, Göy bulaq, İsmayılın bulağı.

Məşhur yerlər

Ayıçiləsi, Kəklikli qaya, Dana güneyi, Xımılı, Sarıqaya, Buzovuçan, Qaraquşun qayası, Darlar, Körpüdaş, Göbələk daş, Çalaçökək, Buğa vurulan, Məhəmmədin çöpü, Kəvənliyin dərəsi, İlanlı qaya, Topağac, Sarıyoxuş, Məmmədvəlinin dam yeri, Sarıtopal, Qulu bəy kümbəzi.

Üst