| Qaraxanlı | |
|---|---|
| 40°04′29″ şm. e. 47°07′48″ ş. u.HGYO | |
| Ölkə |
|
| Tarixi və coğrafiyası | |
| Saat qurşağı |
|
![]() Qaraxanlı | |
Qaraxanlı — Azərbaycan Respublikasının Ağcabədi rayonunun Qaraxanlı kənd inzibati ərazi dairəsində kənd. 5 oktyabr 1999-cu il tarixli 708-IQ saylı Azərbaycan Respublikasının Qanunu ilə Ağcabədi rayonunun Boyat kənd inzibati-ərazi vahidinin Qaraxanlı kəndi Hacılar kənd inzibati-ərazi vahidinin tərkibinə verilmişdir. 1 sentyabr 2004-cü il tarixli 727-IIQ saylı Azərbaycan Respublikasının Qanunu ilə Ağcabədi rayonunun Qaraxanlı kəndi Hacılar kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, bu kənd mərkəz olmaqla, Qaraxanlı kənd inzibati ərazi vahidi yaradılmışdır.
Toponimikası
Qaraxanlı oykonimi qaraxanlı nəslinin adı ilə bağlıdır. Tarixi sənədlərin verdikləri məlumata görə, oğuz tayfalarından biri olan bayat tayfasına mənsub olan qaraxanlılar (qaraxanlı tirəsi) 1865-ci ildə burada məskən salmış və məntəqəsi də bu tirənin adı ilə adlandırılmışdır.
Bəzi araşdırıcılar toponimi 927–1212-ci illərdə Mərkəzi Asiyada Qaraxanilər dövlətini idarə edən qaraxanilər müsəlman-türk sülaləsinin adı ilə eyniləşdirir. Məlumdur ki, onların ilk xanı Əbdülkərim Satuk Qaraxan olub. Qaraxanilər sonuncu nümayəndəsi olan Qılıc Arslan İbn Xarəzm Məhəmməd tərəfindən 1212-ci ildə öldürülmüşdür.
1728-ci il sənədində İrəvan əyalətinin Zarzəmin nahiyəsində Qaraxanlı adlı qışlaq qeydə alınmışdır.
Əhalisi
Əhalisinin sayı 882 (01.01.2007-ci il üçün) nəfərdir.
İqtisadiyyatı
Əhali əsasən heyvandarlıq, taxılçılıq və pambıqçılıqla məşğul olur.
Həmçinin bax
- Əlifba sırasına görə yaşayış məntəqələri
- Əhalisiz yaşayış məntəqəsi
- Ağcabədi rayonu qaralamaları
- Ağcabədi rayonunun kəndləri

