Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması

Aşağı Gözəldərə, Vardenik — İrəvan quberniyasmda Yeni Bayazid qəzasında, indi Qaranlıq (Martuni) rayonunda kənd.

Aşağı Gözəldərə

40°07′59″ şm. e. 45°26′12″ ş. u.HGYO
Vikipediya, azad ensiklopediya
kənd
Aşağı Gözəldərə
40°07′59″ şm. e. 45°26′12″ ş. u.HGYO
Ölkə  Ermənistan
Region Göyçə mahalı
Rayon Aşağı Qaranlıq rayonu
Tarixi və coğrafiyası
Əsası qoyulub 1828
Mərkəzin hündürlüyü 1.994 ± 1 m
Saat qurşağı UTC+4
Əhalisi
Əhalisi
  • 9.880 nəf. (1831, 1897, 1926, 1939, 1959, 1970, 1979, 1989, 2001, 2011)
Rəsmi dili
Rəqəmsal identifikatorlar
Poçt indeksi 1418
Xəritəni göstər/gizlə
Aşağı Gözəldərə xəritədə
Aşağı Gözəldərə
Aşağı Gözəldərə
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Aşağı Gözəldərə, Vardenik — İrəvan quberniyasmda Yeni Bayazid qəzasında, indi Qaranlıq (Martuni) rayonunda kənd.

Tarixi

Rayon mərkəzindən 13 km şimalda, Gözəldərə çayının sahilində yerləşir. Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir. 1728-ci ilə aid mənbədə "Kiçikli kimi də tanınan Aşağı Gözəldərə kəndi" kimi qeyd olunmuşdur. 1828-1832-ci illərdə kənddə çar Rusiyası tərəfindən İrandan və Türkiyədən köçürülən ermənilər də məskunlaşdırılmışdır. 1918-ci ildə azərbaycanlılar kənddən qovulmuşdur.

Toponim fərqləndirici əlamət bildirən «aşağı» sözü ilə gözəl və dərə sözünün birləşməsindən əmələ gəlmişdir. Orotoponimdir. Quruluşca mürəkkəb toponimdir.

Ermənistan SSR Ali Sovetinin Rəyasət Heyətinnin 7.XII.1945-ci il tarixli fərmanı ilə kəndin adı dəyişdirilib Vardenik qoyulmuşdur.

Əhalisi

1828-ci ilə qədər burada yalnız azərbaycanlı yaşamışdır. Ermənilər buraya Türkmənçay müqaviləsindən sonra, 1828-30-cu illərdə Türkiyədən köçürülüb yerləşdirilmişdir. 1897-ci ildə kənddə ermənilərlə yanaşı 108 nəfər azərbaycanlı yaşamışdır .

XX əsrin əvvəllərində, 1905-1906-cı illərdə ermənilərin təcavüzünə mə'ruz qalan azərbaycanlılar deportasiya olunmuşdur. İndi burada ermənilər yaşayır.

Üst