Aşıq Zülfiyyə (İbadova Zülfiyyə; 26 noyabr 1970, Alakol, Tovuz rayonu) — Azərbaycan aşığı. Azərbaycan Respublikasının əməkdar mədəniyyət işçisi (2017), Azərbaycan komsomolu mükafatının laureatı (1987). "Aşıq Pəri" Məclisinin və Azərbaycan Aşıqlar Birliyinin üzvü.
| Aşıq Zülfiyyə | |
|---|---|
| İbadova Zülfiyyə Əli qızı | |
![]() Aşıq Zülfiyyə (2018) | |
| Ümumi məlumatlar | |
| Doğum adı | Zülfiyyə |
| Doğum tarixi | 26 noyabr 1970 (55 yaş) |
| Doğum yeri |
|
| Vətəndaşlığı | |
| Musiqiçi məlumatları | |
| Fəaliyyəti | musiqiçi, müğənni, aşıq |
| Fəaliyyət illəri | 1984-cü ildən |
| Musiqi aləti | saz |
| Üzvlüyü |
|
| Mükafatları | |
Həyatı
Aşıq Zülfiyyə 1970-ci il noyabr ayının 26-da Tovuz rayonunun Alakol kəndində anadan olmuşdur.
Aşıqlıq fəaliyyəti
On dörd yaşından peşəkar səviyyədə saz çalmağa başlamışdır. İlk ustadı dayısı Fərrux olmuşdur.
"Aşıq Pəri" Məclisinin ən kiçik üzvü olmuşdur. Azərbaycan Aşıqlar Birliyinin üzvüdür.
1986-cı ildə Almaniyaya, 1987-ci ildə Moskvaya festivala getmişdir.
Təltifləri
1987-ci ildə Azərbaycan komsomolu mükafatının laureatı olmuşdur.
1991-ci ildə Türkiyənin Konya şəhərində "Atatürk ödülü" qızıl medalı təqdim edilmişdir.
"Xan qızı Natavan" mükafatı ilə təltif edilmişdir.
15 sentyabr 2017-ci ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən Azərbaycan musiqi mədəniyyətinin inkişafında xidmətlərinə görə "Azərbaycan Respublikasının əməkdar mədəniyyət işçisi" fəxri adına layiq görülüb.
Ailəsi
Aşıq Zülfiyyənin babası da aşıq olub. Zülfiyyəgil ailədə səkkiz uşaq olublar.
Zülfiyyənin həyat yoldaşı Sakit də Tovuz rayonundandır. Babək adında 1 oğlan övladları var. Babək də müğənni kimi fəaliyyət göstərir.
