Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Bəhram Bağırzadə (tam adı: Bəhram Arif oğlu Bağırzadə; 4 sentyabr 1972, Bakı, Azərbaycan SSR) — Azərbaycan aktyoru, şoumen, naşir, Azərbaycan Respublikasının əm

Bəhram Bağırzadə

  • Ana Səhifə
  • Bəhram Bağırzadə

Bəhram Bağırzadə (tam adı: Bəhram Arif oğlu Bağırzadə; 4 sentyabr 1972, Bakı, Azərbaycan SSR) — Azərbaycan aktyoru, şoumen, naşir, Azərbaycan Respublikasının əməkdar artisti (2015).

Bəhram Bağırzadə
Bəhram Arif oğlu Bağırzadə
Digər adı Bəhram Bağırov
Doğum tarixi 4 sentyabr 1972(1972-09-04) (53 yaş)
Doğum yeri
  • Bakı, Azərbaycan SSR
Fəaliyyəti aktyor, kino aktyoru, KVN aktyoru[d], teatr rejissoru, karikaturçu, naşir
Fəaliyyət illəri 1990-cı ildən
Təhsili
  • Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti
Mükafatları "Tərəqqi" medalı "Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin 15 illiyi (2005–2020)" yubiley medalı
Azərbaycan Respublikasının əməkdar artisti "Humay" mükafatı
IMDb ID2957276
bahram.az
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

Həyatı və fəaliyyəti

Azərbaycanın mədəniyyət və incəsənət xadimlərinin bir qrupunun Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva ilə görüşü zamanı. 1 mart 2019-cu il.

Bəhram Arif oğlu Bağırzadə 1972-ci il sentyabrın 4-də Bakıda ziyalı ailəsində anadan olmuşdur.

O, 1979–1989-cu illərdə Bakı şəhəri 189 saylı məktəbdə oxuyub. 1989-cu ildə M. A. Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutuna qəbul olub və 1994-cü ildə həmin institutu bitirib. İxtisası teatr rejissorudur.

1991-ci ildən "Bakılı oğlanlar" ŞHK komandasının üzvüdür. 1992-ci ildə ŞHK çempionu, 1995-ci ildə ŞHK Yay Kubokunun sahibi və 2000-ci il ŞHK "Əsrin Çempionu" olmuşdur. MDB ŞHK yığmasının üzvüdür. 1992-ci ildən karikatura çəkir, karikaturaları "Kirpi" satirik jurnalında çap olunub. Respublikada keçirilən bir çox sərgilərin iştirakçısıdır. Bakıda fərdi sərgisi açılıb. 2004-cü ildən "Qalereya" jurnalının naşiridir. Bağırzadənin tanınmasında müstəsna rolu Şən və Hazırcavablar Klubunda yarışlarında "Bakılı Oğlanlar" komandasında çıxışları olub. Onun iştirak etdiyi bu komanda 1992, 1993-cü illərdə çempion, 1995-ci ildə keçirilən yay kubokunun və iyirminci əsrin ən yaxşı komandaları sırasında birinci olub. 2006-cı ildən Azərbaycan "Karikaturaçı Rəssamlar Birliyi"nin üzvüdür. FECO (Beynəlxalq Karikaturaçılar Təşkilatları Federasiyası) Azərbaycan qrupunun üzvüdür. 2006-cı ildən "Planet Parni iz Baku" KVN Teatrının aktyorudur. "Qorod" jurnalının naşiridir.

Bəhram Bağırzadə 2012-ci il aprelin 26-da Kitab nominasıyasında "Humay" milli mükafatına layiq görülmüşdür. 14 sentyabr 2015-ci ildə Azərbaycanın əməkdar artisti fəxri adına layiq görülmüşdür.

Filmoqrafiya

  • Hər şey yaxşılığa doğru - milis nəfəri
  • Yerlə göy arasında (film, 1999)
  • Yuxu (film, 2001) - Polis rəisinin oğlu - Akif
  • Milli bomba (film, 2004)
  • Yoxlama (film, 2006)
  • Bir dəfə Qafqazda (film, 2007)
  • Halal pullar (film, 2008)
  • Adam (film, 2010)
  • Vəkil hanı? (film, 2011)
  • 3 bacı (film, 2012-2014) (bədii serial) (rol: özü)
  • Qorxma, mən səninləyəm! 1919 (film, 2013)
  • Axırıncı dayanacaq (film, 2014)
  • 100 kağız (film, 2015)
  • Həyət (film, 2015) (qısametrajlı bədii film)
  • Ağanatiq (film, 2017)
  • Bəxt üzüyü 2 (film, 2017)
  • Məhəllə 3 (film, 2019)
←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Aprel 05, 2026

    Saray (Abşeron)

  • Aprel 03, 2026

    Bişkek protokolu

  • Aprel 13, 2026

    Ələsgər Novruzov

  • Aprel 05, 2026

    Şəkərli diabet

  • Aprel 24, 2026

    Jorj Küvye

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.realwiki.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst