Nəbibə Baladayı qızı Həsənova (22 sentyabr 1932, Bakı) — Azərbaycan dövlət xadimi, Azərbaycan SSR məişət xidməti naziri (1964–1968), Azərbaycan SSR məişət xidməti və yerli istehsal naziri (1963–1964).
| Nəbibə Həsənova | |
|---|---|
| 3 iyul 1964 – 25 noyabr 1968 | |
| Əvvəlki | özü (məişət xidməti və yerli istehsal naziri kimi) |
| Sonrakı | Zurab Muradəliyev |
| 11 iyun 1963 – 11 iyun 1964 | |
| Əvvəlki | Davud Məmmədov |
| Sonrakı | özü (məişət xidməti naziri kimi) |
| Şəxsi məlumatlar | |
| Doğum tarixi | 22 sentyabr 1932 (93 yaş) |
| Doğum yeri |
|
| Təhsili |
|
| | |
| Təltifləri | |
Həyatı
Nəbibə Baladayı qızı Həsənova 1932-ci il sentyabrın 22-də Bakı şəhərində anadan olub. Moskva Yüngül Sənaye Texnologiyası İnstitutuna daxil olub. 1955-ci ildə təhsili başa vuraraq təyinatla Azərbaycan SSR Yüngül Sənaye Nazirliyinin tələbinə əsasən Ə. Bayramov adına fabrikdə mühəndis-mexanik kimi ilk əmək fəaliyyətinə başlayır. Üç aydan sonra isə baş mühəndis vəzifəsinə irəli çəkilir.
Nəbibə Həsənova 1961-ci ildə respublika yerli sənaye nazirinin müavini, 1963-cü ildə isə məişət xidməti və yerli istehsal naziri vəzifələrinə yüksəlib. 1968-ci ildə isə o, Azərbaycan SSR Nazirlər Soveti ticarət şöbəsinin müdiri vəzifəsinə təyin olunur.
1967–1971-ci illərdə Azərbaycan SSR Ali Sovetinin deputatı olub.
1989-cu ildən fərdi dövlət təqaüdündədir.
Mükafatları
Nəbibə Həsənovanın vətən və xalq qarşısındakı xidmətləri dövlət təltiflərinə, orden və medallara layiq görülüb.
Ailəsi
Üç övladı, 5 nəvəsi və iki nəticəsi var. Aydın, Yeganə və Təranə adlı övladları var.