Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Bəhruz Vidadi oğlu Əhmədov (4 iyul 1984, Bankə, Neftçala rayonu) — Azərbaycan hüquqşünası, Azərbaycan Respublikası Baş prokurorunun müavini — Azərbaycan Respubl

Bəhruz Əhmədov

  • Ana Səhifə
  • Bəhruz Əhmədov

Bəhruz Vidadi oğlu Əhmədov (4 iyul 1984, Bankə, Neftçala rayonu) — Azərbaycan hüquqşünası, Azərbaycan Respublikası Baş prokurorunun müavini — Azərbaycan Respublikasının Hərbi prokuroru (2025-ci ildən), ədliyyə general-mayoru.

Bəhruz Əhmədov
Azərbaycan Respublikası Baş prokurorunun müavini — Azərbaycan Respublikasının Hərbi prokuroru
Vəzifədədir
13 may 2025-ci ildən
Baş prokurorKamran Əliyev
ƏvvəlkiXanlar Vəliyev
Şəxsi məlumatlar
Doğum tarixi 4 iyul 1984(1984-07-04) (41 yaş)
Doğum yeri
  • Bankə, Neftçala rayonu, Azərbaycan SSR, SSRİ
Təhsili
  • Bakı Dövlət Universitetinin Hüquq fakültəsi (2002–2006)
Fəaliyyəti hüquqşünas, prokuror
Rütbəsi
Ədliyyə general-mayoru
Təltifləri "Vətən uğrunda" medalı "Hərbi xidmətdə fərqlənməyə görə" medalı "Şücaətə görə" medalı "Qüsursuz xidmətə görə" medalı

Mündəricat

Həyatı

Bəhruz Vidadi oğlu Əhmədov 4 iyul 1984-cü ildə anadan olub. 2006-cı ildə Bakı Dövlət Universitetinin Hüquq fakültəsini bitirib. Hərbi xidmətini başa vurduqdan sonra 2008-ci ildə müsabiqə yolu ilə prokurorluq orqanlarına xidmətə qəbul edilib.

Xidməti fəaliyyətinə Qarabağ hərbi prokurorluğunda başlayan Bəhruz Əhmədov orada müstəntiq, böyük müstəntiq, Azərbaycan Respublikası Hərbi Prokurorluğunun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsinin mühüm işlər üzrə müstəntiqi, böyük müstəntiqi, həmin idarənin kriminalistika şöbəsinin prokuroru işləyib.

Bəhruz Əhmədov 2018-ci ilin noyabrında Qazax Hərbi Prokurorluğuna prokuror vəzifəsinə təyin olunub. 2020-ci ilin iyulunda ədliyyə polkovnik-leytenantı rütbəsində Azərbaycan Respublikası Hərbi Prokurorluğunun İstintaq İdarəsinin rəisi vəzifəsinə vəzifəsinə təyinat alıb. 2020-ci ilin oktyabr ayından ədliyyə polkovniki hərbi rütbəsindədir.

Azərbaycan Respublikasının Prezidentinin 13 may 2025-ci il tarixli Sərəncamı ilə Azərbaycan Respublikası Baş prokurorunun müavini — Azərbaycan Respublikasının Hərbi prokuroru vəzifəsinə təyin edilib.

Mükafatları

  • ""Vətən uğrunda" medalı" — 31 dekabr 2020
  • "Şücaətə görə" medalı"
  • ""Hərbi xidmətdə fərqlənməyə görə" medalı"
  • "Qüsursuz xidmətlərə görə" medalı
←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Aprel 03, 2026

    Qanunverici hakimiyyət

  • Mart 26, 2026

    I Şah Abbas

  • Mart 26, 2026

    Ramiz Zeynalov

  • Aprel 02, 2026

    Bakı buxtası

  • Aprel 03, 2026

    Cambul vilayəti

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.realwiki.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst