| Yuri Şedrin | |
|---|---|
| 13 may 1986 – 30 iyul 1987 | |
| Əvvəlki | Şakir Kərimov |
| Sonrakı | Fuad Rüstəmov |
| 1987 – 1991 | |
| Əvvəlki | Violeta Tretyakova |
| Sonrakı | vəzifə ləğv edilib |
| Şəxsi məlumatlar | |
| Doğum tarixi | 21 fevral 1950 (76 yaş) |
| Doğum yeri |
|
| Partiya |
|
| Təhsili |
|
Yuri Yevgenyeviç Şedrin (rus. Юрий Евгеньевич Щедрин; 21 fevral 1950, Bakı) — Azərbaycan ictimai-siyasi xadimi, Azərbaycan SSR avtomobil nəqliyyatı naziri (1986–1987), Azərbaycan Kommunist Partiyası Orconikidze (Suraxanı) Rayon Komitəsinin birinci katibi (1987–1991), Rusiya Federasiyasının Azərbaycan Respublikasında ilk ticarət nümayəndəsi (2006-cı ildən).
Həyatı
Yuri Yevgenyeviç Şedrin 21 fevral 1950-ci ildə Bakı şəhərində anadan olmuşdur. Əmək fəaliyyətinə "Qaradağneft"in neft-qazçıxarma idarəsində fəhlə kimi başlamış, müxtəlif illərdə mexanik, kortej rəisi, Azərbaycan KP Qaradağ Rayon Komitəsinin təlimatçısı vəzifələrində işləmişdir. Paralel olaraq Azərbaycan Politexnik İnstitutunun axşam şöbəsində təhsil almışdır. 1978-ci ildə buranı avtomobil və avtomobil sənayesi ixtisası üzrə bitirmişdir.
Yuri Şedrin 1979–1982-ci illərdə əvvəlcə Azərbaycan KP Bakı Şəhər Komitəsinin sənaye və nəqliyyat şöbəsinin, sonra isə Azərbaycan KP Mərkəzi Komitəsinin nəqliyyat və rabitə şöbəsinin təlimatçısı vəzifəsinə irəli çəkilmişdir. 1986-cı ildə Azərbaycan SSR avtomobil nəqliyyatı naziri təyin edilmiş, sonra isə Azərbaycan KP MK-nın şöbə müdiri, Azərbaycan KP Orconikidze (Suraxanı) Rayon Komitəsinin birinci katibi vəzifələrində çalışmışdır.
Yuri Şedrin Azərbaycan Ali Sovetinin deputatı seçilmiş, 1991-ci ildən Ali Sovetin Nəqliyyat, rabitə və informatika məsələləri daimi komissiyasının sədri olmuşdur. 1992–1993-cü illərdə "Azərbaycan–Rusiya" Cəmiyyətinin idarə heyəti sədrinin müavini, daha sonra Azərbaycan Respublikası Milli Məclisinin Qaçqınlar və xaricdə yaşayan soydaşlarla əlaqə komissiyasının üzvü olmuşdur. 1995-ci ilin mart ayından Rusiya Federasiyası Federal Məclisinin Federasiya Şurasının MDB işləri üzrə komitəsində mütəxəssis-ekspert, məsləhətçi, müşavir, 2005-ci ilin iyul ayından isə komitənin aparat rəhbərinin müavini vəzifələrində çalışmışdır. Rusiya Federasiyası hökumət başçısınin 4 oktyabr 2006-cı il tarixli Sərəncamı ilə Rusiya Federasiyasının Azərbaycan Respublikasındakı ticarət nümayəndəsi təyin edilmişdir.
- 21 fevralda doğulanlar
- 1950-ci ildə doğulanlar
- Yaşayan insanlar
- Bakıda doğulanlar
- Sovet İttifaqı Kommunist Partiyasının üzvləri
- Azərbaycan Texniki Universitetinin məzunları
- Əlifba sırasına görə vəzifəli şəxslər
- Azərbaycan Respublikası Ali Sovetinin XII çağırış deputatları
- Azərbaycan Kommunist Partiyası Suraxanı Rayon Komitəsinin birinci katibləri
- Azərbaycan SSR avtomobil nəqliyyatı nazirləri
- Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin üzvləri