Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması

Bəyazid Cəlayır (ərəb. بايزيد بن أويس‎) — Cəlairi hökmdarı. 1382-1384-cü illərddə Cəlairilər sultanlığının ərazilərinin bir qisminində hakimiyyətdə olmuşdur.

Bəyazid Cəlayır

Vikipediya, azad ensiklopediya
Bəyazid Cəlayır
Bəyazid ibn Üveys
ərəb. بايزيد بن أويس
Cəlairi sultanı (Sultaniyə və Əcəm İraqı)
1382 1384
ƏvvəlkiƏhməd Cəlayır
SonrakıƏhməd Cəlayır
Şəxsi məlumatlar
Doğum tarixi naməlum
Vəfat tarixi naməlum
Atası Üveys Cəlayır
Dini İslam

Bəyazid Cəlayır (ərəb. بايزيد بن أويس) — Cəlairi hökmdarı. 1382-1384-cü illərddə Cəlairilər sultanlığının ərazilərinin bir qisminində hakimiyyətdə olmuşdur.

Həyatı

Sultan Üveys Cəlayırın 5 övladından biridir. Qardaşı sultan Hüseyn Cəlayırın hakimiyyətinin son dövrlərində Təbrizdə yaşamışdır. Daha sonra 1382-ci ildə sultan Hüseyni devirən digər qardaşı Əhməd Cəlayırın dövründə Təbrizdən ayrılaraq Sultaniyə hakimi, əmirəl-üməra əmir Adilə sığınmış və onun tərəfindən "sultan" elan edilmişdir.

Əhməd Cəlayır və Bəyazid arasında bir neçə dəfə toqquşma olsa da və Təbriz əl dəyişdirsə də, tərəflərdən heç biri digərinə qarşı tam üstünlük əldə edə bilmədi. Şirvanşah Huşəng qardaşlar arasında sülhə nail oldu. Sülhün şərtlərinə görə Azərbaycan sultan Əhmədə, Əcəm İraqı Bəyazidə, Ərəb İraqı isə sultan Əhmədlə əmir Adilin ortaq hakimiyyətinə verildi. Sülhdən bir müddət sonra əmir Adil Ərəb İraqının tamamilə ələ keçirmək üçün qardaşı oğlu Dursunu Bağdada göndərdi. Sultan Əhməd də Bağdada doğru yürüşə başladı və şəhərə daxil oldu, Dursun öldürüldü. Dursunun ölümü ilə tərəflər arasında qarşıdurma yenidən başladı və Əmir Adil sultan Əhmədə qarşı yürüşə başladı. Marağada Neylan adlı yerdə tərəflər arasında döyüş baş verdi. Lakin döyüş nəticəsiz oldu.

Sultan Əhmədin hakimiyyətini möhkəmləndirməsi və güclənməsi əmir Adili Müzəffəri hökmdarı Şah Şüca ilə ittifaq bağlamağa məcbur etdi. Lakin sultan Əhməd onların ittifaqını pozaraq, Şah Şücanı öz tərəfinə cəlb etdi. Sultaniyəyə hərəkət edən sultan Əhməd, 1384-cü ildə şəhəri döyüşsüz ələ keçirdi və Bəyazidi əsir alaraq özü ilə Təbrizə apardı.

Üst