Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması

Bağır Əli oğlu Bağırov (12 avqust 1936, Ərkivan, Masallı rayonu) — Azərbaycan geoloqu, geologiya-minerologiya elmləri doktoru (1989), professor, Azərbaycan Resp

Bağır Bağırov

Vikipediya, azad ensiklopediya
Bağır Bağırov
Bağır Əli oğlu Bağırov
Doğum tarixi 12 avqust 1936(1936-08-12) (90 yaş)
Doğum yeri
Vətəndaşlığı SSRİ SSRİ
Azərbaycan Azərbaycan
Elm sahələri geologiya
Elmi dərəcəsi
  • geologiya-mineralogiya elmləri doktoru
Elmi adı
  • professor
İş yerləri
  • Azərbaycan Dövlət Neft və Sənaye Universiteti
Təhsili
  • Azərbaycan Dövlət Neft və Sənaye Universiteti
Üzvlüyü
  • Avropa Geoloqlar və Mühəndislər Assosiasiyası[d],
  • Amerika Neftçi Geoloqlar Assosiasiyası,
  • Azərbaycan Milli Elmlər Akademiyası
Mükafatları Azərbaycan Respublikasının əməkdar elm xadimi

Bağır Əli oğlu Bağırov (12 avqust 1936, Ərkivan, Masallı rayonu) — Azərbaycan geoloqu, geologiya-minerologiya elmləri doktoru (1989), professor, Azərbaycan Respublikasının eməkdar elm xadimi (2000), AMEA-nın müxbir üzvü (2001).

Həyatı

1936-cı il avqustun 8-də Masallı rayonunda anadan olmuşdur. Orta məktəbi bitirdikdən sonra Azərbaycan Sənaye İnstitutunun geoloji-kəşfiyyat fakültəsində təhsil almış və dağ mühəndisi ixtisasına yiyələnmişdir. Bağır Bağırov 1968-ci ildə namizədlik, 1984-cü ildə isə Moskvada doktorluq dissertasiyasını müdafiə etmişdir.

Elmi fəaliyyəti

Neft və qaz yataqlarının geologiyası prosesində onların etibarlı öyrənilməsini təmin edən kompleks geoloji-riyazi üsullar yaratmışdır. Avropa geoloqlar-mühəndislər birliyi – EAGE, Amerika Neftçi-Geoloqlar Cəmiyyəti – ASPG və riyazi geologiya assosiasiyası – COGEODATA-nın üzvüdür. 1969–1988-ci illərdə AN AZDNQİPL-də laboratoriya rəhbəri, direktor müavini, şöbə müdiri vəzifələrində işləmişdir. 1989-cu ildən Azərbaycan Dövlət Neft Akademiyasında kafedra müdiridir.

160-dan çox elmi əsəri, bunlardan 47-si xaricdə dərc olunmuşdur.

11 elmlər namizədinin elmi rəhbəri olmuşdur.

Üst