| Balıqçılar | |
|---|---|
| 38°56′20″ şm. e. 48°55′26″ ş. u.HGYO | |
| Ölkə | |
| Rayon | Lənkəran rayonu |
| Əhalisi | |
| Əhalisi |
|
![]() Balıqçılar | |
Balıqçılar — Azərbaycan Respublikasının Lənkəran rayonunun inzibati ərazi vahidində qəsəbə.
Tarixi
25 oktyabr 2011-ci ildə Azərbaycan Respublikasının Milli Məclisinin qərarı ilə Balıqçılar qəsəbəsi Nərimanabad qəsəbə inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, həmin qəsəbə mərkəz olmaqla Balıqçılar qəsəbə inzibati ərazi dairəsi yaradılmış və Azərbaycan Respublikasının ərazi vahidlərinin Dövlət reyestrinə daxil edilmişdir.
Yolları
13 sentyabr 2013-cü ildə Azərbaycan Respublikasının Prezidentinin Sərəncamı ilə Liman-Nərimanabad-Balıqçılar avtomobil yolunun tikintisi məqsədilə Azərbaycan Respublikasının 2013-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Lənkəran Şəhər İcra Hakimiyyətinə ilkin olaraq 2 milyon manat ayrılmışdır.
Din
Qəsəbədə "Xanım Zəhra" məscidi dini icması fəaliyyət göstərir.
Həmçinin bax
- Əlifba sırasına görə yaşayış məntəqələri
- Lənkəran rayonu qaralamaları
- Qəsəbə qaralamaları
- Lənkəran rayonunun qəsəbələri
- Lənkəran rayonunun yaşayış məntəqələri

