Baranilər — Oğuz Yabqu Dövlətini, Qaraqoyunlular dövlətini, Qütbşahları və Aud nəvvablığını idarə etmiş türk sülaləsi.
Baranilər
Banisi
Bayram xoca
Sonuncu hökmdar
Bircis Qədir
Əsası qoyulub
1351
Soyun kəsilməsi
Davam edir
Milliyyət
türk, bir qolu daha sonralar hindistanlı
Titullar
Bəy, Sultan, Mirzə
Vikianbarda əlaqəli mediafayllar
Mündəricat
Sülalənin yaranması
Sülalənin banisi Tural bəy sayılır. 1202-ci ildə Mərkəzi Asiyadan Diyarbəkir ətrafına köçmüşdü. Onun nəvəsi Bayram xoca idi. Cəlairilər dövründə Ərciş hakimi olmuşdu. Bayram xocadan sonra hakimiyyətə qardaşı oğlu Qara Məhəmməd gəlmişdir.
Pirbudaq - Əmisi Pirbudaqla qarışdırmamalıdır. İsfahan hakimi idi.
Həsənəli
Sultanəli
Qasımbəy
Mirzə Məhəmməd - Pirbudağı edam etmiş, özü də Uzun Həsən tərəfindən edam olunmuşdur. Əlişəkər bəy Baharlının qızı Paşabəyim ilə evlənmişdir.
Mirzə İbrahim
Mirzə Yusif (1468–1469) - Uzun Həsən tərəfindən kor edilmişdir. Həsənəlinin ölümündən sonra Pirəli bəy Baharlı tərəfindən müvəqqəti hökmdar elan edilmiş, lakin Uğurlu Məhəmməd tərəfindən 22 oktyabr 1469-cu ildə edam edilmişdir.
Əbu Səid (1429–1431)
Oğuz yabquluğu
Şah Məlik - Əbül-Fəvaris Şahməlik Barani 1041-1042-ci illərdə Xarəzm hökmdarı olmuşdur.
Qütbşahlar qolu
Qütbşah Sultanqulu bəyin məqbərəsi
Əlvənd – Həmədan hakimi
Pirqulu bəy – Mirzə Yusif ibn Cahanşahın qızı Xədicə bəyimlə evlənmişdi
Allahqulu bəy
Üveysqulu bəy - Məlik Salehin qızı Məryəm xatun ilə evlənmişdi
Qütbşah Sultanqulu bəy (d. 1456–ö. 2 sentyabr 1543)
Pirbudaq - Əmisi Pirbudaqla qarışdırmamalıdır. İsfahan hakimi idi.
Həsən Əli Mirzə
Mansur Mirzə
Məhəmməd Qulu bəy
Məhəmməd Qulu bəy Aud sübəhdarı təyin olunmuşdu. Onun iki oğlu var idi:
Mirzə Məhəmməd Şəfi xan
Mirzə Cəfər xan
Mirzə Cəfər xan Aud nəvvabının qızı ilə evlənmişdi və ondan da iki oğlu vardı: Məhəmməd Möhsün xan və Mirzə Məhəmməd Muqim. Mirzə Məhəmməd Muqim daha sonra ilk Aud nəvvabı Bürhanülmülk Səadətəli xan 1739-cu ildə vəfat edəndə yerinə gələcək bacısı-oğlu və eyni zamanda kürəkəni olacaq Mirzə Məhəmməd xan Səfdər Cəng idi.
Uzun Həsən tərəfindən kor edilmişdir. Həsənəlinin ölümündən sonra Pirəli bəy Baharlı tərəfindən müvəqqəti hökmdar elan edilmiş, lakin Uğurlu Məhəmməd tərəfindən 22 oktyabr 1469-cu ildə edam edilmişdir.
Qütbşahlar
Portret
Adı
Hakimiyyəti
Qeyd
Qütbşah Sultanqulu
1512-1543
Qara Yusifin oğlu Qara İsgəndərin oğlu Əlvənd mirzənin oğlu Pirqulu mirzənin oğlu Üveysqulu mirzənin oğlu. Anası Həmədanlı Məlik Salehin qızı Məryəm xatun idi. Bundan əlavə Pirqulu mirzənin həyat yoldaşı Xədicə bəyim də Cahanşahın nəvəsi idi.
Aud nəvvabları Qaraqoyunluların davam edən yeganə nümayəndələridir. Son hökmdar Bircis Qədir xan olmuşdur. Bircis Qədir xanın nəvəsi Əncum Qədirin (1921-1997) ölümündən bəri əsas xəttin davamçıları oğulları Yusif Əli mirzə və Bürhan Əli mirzə sayılır. Bundan əlavə Hindistanda "Aud Şahlıq Ailəsi" (ing.the Royal Family of Awadh (RFA) ) kimi bir sıra Qaraqoyunlu sülaləsi üzvlərini birləşdirən təşkilatlar var.Qax rayon Armdulu kənd sakinləri Qara Yusifin soyundadır. Lakin Azərbaycanda Qaraqoyunlu birliyi təşkilatı yoxdur.