Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması

Bağırov körpüsü — Heydər Əliyev prospektində yerləşir və 1950-ci illərin əvvəlində tikilmişdir. Körpü Mircəfər Bağırovun adını daşıyır. Körpünün üzərindən Dəmir

Bağırov körpüsü

40°24′09″ şm. e. 49°52′54″ ş. u.HGYO
Vikipediya, azad ensiklopediya
Bağırov körpüsü
azərb. Bağırov körpüsü
Bağırov körpüsü
Xəritə
40°24′09″ şm. e. 49°52′54″ ş. u.HGYO
Ölkə Azərbaycan Azərbaycan SSR
Keçid maşın və qatar üçün
Üslubu Tağ körpü
Memar Əliş Ləmbəranski
Açılışı 1950-ci illər/2008

Bağırov körpüsü — Heydər Əliyev prospektində yerləşir və 1950-ci illərin əvvəlində tikilmişdir. Körpü Mircəfər Bağırovun adını daşıyır. Körpünün üzərindən Dəmiryolu vağzalı istiqamətində və əks istiqamətdə hərəkət edən qatarlar keçir.

Tarixi

Körpünün Mircəfər Bağırovun avtomobillə aeroporta gedərkən uzun müddət yoldan keçən qatarı gözləyərək əsəbləşməsindən sonra onun göstərişi ilə tikildiyi ehtimal olunur.

Təmiri

Yenidən qurulması

2008-ci ildə "Bağırov" körpüsündə yenidənqurma işlərinə başlanılıb. Yenidənqurma işləri Türkiyənin "Kolin" şirkəti tərəfindən həyata keçirilmişdir. Layihə çərçivəsində əvvəlcə körpünün üzərinə çıxış üçün nəzərdə tutulan köməkçi yollar genişləndirilmiş, bundan sonra körpünün dizaynında yeniləşmə işləri aparılmışdır.

Üst