| Qasımxan qalası | |
|---|---|
| Ölkə | |
| Şəhər | İsmayıllı |
| Yerləşir | Qalacıq kəndinin yaxınlığı |
| Tikilmə tarixi | XVII əsr |
| Üslubu | Arran memarlıq məktəbi |
Azərbaycandakı tarixi abidələrin milli qeydiyyatı | |
| İstinad nöm. | 4363 |
| Kateqoriya | Qala |
| Əhəmiyyəti | Yerli əhəmiyyətli |
![]() Qasımxan qalası | |
Ümumi məlumat
İsmayıllı rayonunun Qalacıq kəndi yaxınlığında kənddən təqribən 7–8 km şimalda Göyçay çayının mənbəyinə yaxın bir sahədə, "səngər" adlanan ərazidə, qayaların üstündə yerləşir. Qalanın mövcudluğu yalnız torpaq səddən və kərpic qırıntılardan məlum olur. Rayon ərazisində ən çox dağıntıya məruz qalan tarixi abidələrdəndir. "Qasımxan" qalasının XVIII əsrdə tikilməsi güman edilir. Qədim zamanlarda qalanın yaxınlığından Dağıstana yol gedirmiş. Bu yolun qalıqları indi də müşahidə olunur. Qala müdafiə məqsədli istehkamdır. Qalanın özünə qədər nəqliyyat yolu yoxdur. Son 2 km-ə qədər yolu atla və ya piyada getmək lazımdır.
Həmçinin bax
- Əlifba sırasına görə tarixi abidələr
- İsmayıllı rayonunun qalaları
- Azərbaycanda qeydiyyata alınmış yerli əhəmiyyətli memarlıq abidələri
