| Bolnisi yazısı | |
|---|---|
| ბოლნისის წარწერები | |
Birinci yazı | |
İkinci yazı | |
| Material | daş |
| Yazı | gürcü yazıları ilə gürcü dilində yazılmış kitabə |
| Yaranıb | 494-cü il |
| Yeri | Bolnisi bazilikası |
| Saxlanılır | Gürcüstan Dövlət Muzeyi, Tbilisi |
Bolnisi yazıları (gürc. ბოლნისის წარწერები) — Gürcüstanın Bolnisi bələdiyyəsi ərazisindəki Bolnisi şəhərində yerləşən Bolnisi bazilikasında aşkarlanmış, gürcü yazılarının Asomtavruli xətti ilə yazılmış kitabələrdir. Kitabələr 494-cü ilə aiddir.
Yazılar
I yazı
| ႵႤႣႧႤႮႨႱႩႭႮႭႱႨႩႰႤႡႭ ჃႪႨႧႭჃႰႧႣႠႠႫႠႱႤႩ |
- Tərcüməsi: "İsa Məsih, Yepiskop Davidi və bu kilsəni tikməyi xahiş edən şəxsləri hifz eləsin."
II yazı
| ႨႱႠႱႠႫႤႡႨႱ ႠჂႧႠႭႺ ႼႪႨႱႠႮႤႰႭႦႫႤႴ ႠႫႨႱႤႩ ႪႤႱႨႠჂႱႠჂ ႣႠႠႧႾႭჃႧႫႤႲႼႪႨႱ |
- Tərcüməsi: "Müqəddəs üçlüyün mərhəməti ilə kral I Firuzun hakimiyyətinin iyirminci ilində bu kilsənin əsası qoyuldu və 15 il sonra inşaat tamamlandı. Tanrı kilsənin inşasına kömək edənləri, Yepiskop Davidi və ona inananları hifz etsin, Tanrı, günahlarımızı bağışla, Amen."
Ədəbiyyat
- Gürcüstan Sovet Ensiklopediyası, Volume. 2, pp. 454–455, Tbilisi, 1977
Kateqoriyalar:
- Gürcü yazıları
- Gürcü dili
- Arxeoloji artefaktlar
- Kvemo-Kartli
- Bolnisi
- 494
