Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması

Aqlar silsiləsi — Culfa rayonu ərazisində cənub-şərq yamacı sıldırımlı alçaqdağlıq silsilə. Zəngəzur silsiləsinin cənub-qərb ətəyində, Dəmirlidağ-Göydağ qolunun

Aqlar silsiləsi

39°17′59″ şm. e. 45°37′40″ ş. u.HGYO
Vikipediya, azad ensiklopediya
Aqlar silsiləsi
Ümumi məlumatlar
Dağ sistemi Kiçik Qafqaz
Mütləq hündürlüyü 1224 m
Yerləşməsi
39°17′59″ şm. e. 45°37′40″ ş. u.HGYO
Ölkə  Azərbaycan
Vilayət
  • Culfa
Aqlar silsiləsi xəritədə
Aqlar silsiləsi
Aqlar silsiləsi

Aqlar silsiləsi — Culfa rayonu ərazisində cənub-şərq yamacı sıldırımlı alçaqdağlıq silsilə. Zəngəzur silsiləsinin cənub-qərb ətəyində, Dəmirlidağ-Göydağ qolunun davamında yerləşən Darıdağ (Dağüstü) silsiləsinin şimal istiqamətli Şahqaraş qolundan şərqə ayrılan eyniadlı şaxəsinin qurtaracağında tirə. Aydaş silsiləsinin şimal-qərb qurtaracağında yerləşərək Qaradərəçayın adsız sağ qolları arasında şimal-şərq istiqamətində uzanır. Ən yüksək zirvəsinin hündürlüyü 1224,0 m, ümumi uzunluğu 2,5 km-ə yaxındır. Alt Eosenin İpr mərtəbəsinə aid Arısu və Gilançay lay dəstələrinin, şimal-qərb yamacında isə həmçinin Orta Eosenin Lütet mərtəbəsinə aid Dərəlik lay dəstəsinin çökmə və qismən vulkanogen-çökmə süxurlarından təşkil olunmuşdur. Tektonik cəhətdən Ordubad qarılma zonasının Paradaş seqmentinin cənub-qərb cinahına aid Darıdağ-Aza qalxımının geniş şimal-şərq qanadını mürəkkəbləşdirən ikinci dərəcəli Aydaş maili sinklinalını eninə kəsir.

Həmçinin bax

Üst