| Boztəpəarx kanalı | |
|---|---|
| | |
| Axdığı yerlər | İmişli rayonu və Beyləqan rayonu |
| Uzunluğu | 45 km |
Boztəpəarx kanalı - 1924-cü ildə İmişli rayonu ərazisində tikilmiş suvarma kanalı.
Tikilmə tarixi
1924-cü ildə İmişli rayonu ərazisində tikilmişdir. Araz çayından su öz axını ilə çayda mexaniki tənzimləmə işləri aparmaqla Boztəpəarx kanalına verilir. Başlanğıcında suyun sərfi 8 m³/san olmaqla torpaq məcrada inşa edilmişdir. İmişli və Beyləqan rayonlarının ərazisində 11 min hektar əkin sahəsini suvarma suyu ilə təmin edir. Ümumi uzunluğu 45 km-dir.
Həmçinin bax
- Arx
- Yuxarı Qarabağ
- Baş-Muğan
- Yuxarı Şirvan
- Samur-Abşeron
- Köhnə Xanqızı kanalı
Kateqoriyalar:
- Əlifba sırasına görə kanallar
- Azərbaycan su kanalları