| Bureya | |
|---|---|
| evenk Ниман-бирра, evenk Нюмень | |
| |
| |
| Ölkə | |
| Region | |
| Vilayət |
|
| Mənsəbi | Amur çayı |
| Uzunluğu | 623 km |
| Su sərfi | 890 m³/san |
| Su hövzəsi | Amur. Oxot dənizi |
| Hövzəsinin sahəsi | 70 700 km² |
| DSR?! | 20030500112118100041576 |
Bureya – Rusiya Federasiyasınin Xabarovsk diyarı və Amur vilayətində çay. Amur çayının sol qolu.
Ümumi məlumat
Sağ Bureya (Ezop silsiləsinin cənub yamaclarından başlanır) və Sol Bureya (Dusse-Alin silsiləsinin qərb yamaclarından başlanır) çaylarının qovuşmasından əmələ gəlir. Uzunluğu 623 km (Sağ Bureyanın başlanğıcından 739 km), hövzəsinin sahəsi 70,7 km². Yuxarı axınında dağ çayıdır (axın sürəti 3–4 m/san). Orta axınında Turan silsiləsinin qollarını kəsir və dar dərə ilə axır. Aşağı axınında Zeya-Bureya düzənliyinə çıxır, dərəsi 10 km-ədək genişlənir. Əsasən, yağış suları ilə qidalanır. Yayda 5–7 dəfə daşqın olur. Daşqın zamanı suyun səviyyəsi bəzən 6–10 m-ə çatır. Ortaillik su sərfi Kamenka kəndi yaxınlığında 913 m³/san-dir. Oktyabrın axırı–noyabrın ortalarından aprelin axırı–mayın əvvəlinədək buzla örtülü olur. Əsas qolları: sağdan Niman, Tuyun, soldan Uqral, Tırma. Ağac axıdılır. Mənsəbindən 197 km məsafədə gəmiçiliyə yararlıdır. Ümumi sahəsi 51,6 km² olan 1,5 mindən çox göl Bureya hövzəsindədir. Üzərində SES və gəmi dayanacaqları (Çekunda, Malinovka və s.) var.
- Əlifba sırasına görə çaylar
- Rusiya çayları

