Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması

Calğan dağı (Calğan-Tau, Calğan-Dağ) — Sabnova-Calğan silsiləsində, Böyük Qafqazda yerləşən zirvə. İnzibati cəhətdən Rusiya Federasiyası Dağıstan Respublikası D

Calğan dağı

42°01′41″ şm. e. 48°14′55″ ş. u.HGYO
Vikipediya, azad ensiklopediya
Calğan dağı
Ümumi məlumatlar
Dağ sistemi Böyük Qafqaz
Dağ silsiləsi Sabnova-Calğan silsiləsi
Mütləq hündürlüyü 708,2 m
Yerləşməsi
42°01′41″ şm. e. 48°14′55″ ş. u.HGYO
Ölkə  Rusiya
Vilayət
  • Dağıstan
Əyalət
  • Dərbənd rayonu
Calğan dağı xəritədə
Calğan dağı
Calğan dağı
Calğan dağı xəritədə
Calğan dağı
Calğan dağı

Calğan dağı (Calğan-Tau, Calğan-Dağ) — Sabnova-Calğan silsiləsində, Böyük Qafqazda yerləşən zirvə. İnzibati cəhətdən Rusiya Federasiyası Dağıstan Respublikası Dərbənd rayonu ərazisində yerləşir. Hündürlüyü 585 metrdir.

Coğrafi yerləşmə

Dağ Dağıstan Öndağlığı ilə dəniz kənarı ovalıq arasında qərarlaşır. Dağdan aşağıda Dərbənd şəhəri yerləşir.

Geoloji quruluşu

Calğan-Mekax antiklinalına daxildir. Üst-Miosen suxurları üstünlük təşkil edir.

Bitki örtüyü

Dağın ətəklərindən yarımsəhra lanşaftının birdən meşə lanşaftına keçməsini müşahidə etmək olur. Bu isə zirvəuə doğru yağıntının miqdarının artması ilə əlaqədardır (Dərbənd — 171 mm, Calğan — 262 mm). Burada palıd, heyva və digər bitkilər meşə əmələ gətirir.

Əhali

Dağın ətəklərində Yuxarı Calğan, Mitağı və Mitağı-Qazmalar kimi kəndlər yerləşir.

Görməli yerləri

Dağda yerləşir:

  • məlumata görə burada Qafqaz Albaniyasının ilk katalikosu Qriqoris dəfn edilmişdir.
  • 1722-ci ildə I Pyotrın burada olması ilə əlaqədar pir təşkil edilmişdir.
  • Stalaktitli mağarada "müqəddəs" "Urus-bulağı" yerləşir. Deyilənə görə burada I Pyotr su içmişdir.
Üst