| Calğan dağı | |
|---|---|
| Ümumi məlumatlar | |
| Dağ sistemi | Böyük Qafqaz |
| Dağ silsiləsi | Sabnova-Calğan silsiləsi |
| Mütləq hündürlüyü | 708,2 m |
| Yerləşməsi | |
| 42°01′41″ şm. e. 48°14′55″ ş. u.HGYO | |
| Ölkə | |
| Vilayət |
|
| Əyalət |
|
![]() Calğan dağı | |
![]() Calğan dağı | |
Calğan dağı (Calğan-Tau, Calğan-Dağ) — Sabnova-Calğan silsiləsində, Böyük Qafqazda yerləşən zirvə. İnzibati cəhətdən Rusiya Federasiyası Dağıstan Respublikası Dərbənd rayonu ərazisində yerləşir. Hündürlüyü 585 metrdir.
Coğrafi yerləşmə
Dağ Dağıstan Öndağlığı ilə dəniz kənarı ovalıq arasında qərarlaşır. Dağdan aşağıda Dərbənd şəhəri yerləşir.
Geoloji quruluşu
Calğan-Mekax antiklinalına daxildir. Üst-Miosen suxurları üstünlük təşkil edir.
Bitki örtüyü
Dağın ətəklərindən yarımsəhra lanşaftının birdən meşə lanşaftına keçməsini müşahidə etmək olur. Bu isə zirvəuə doğru yağıntının miqdarının artması ilə əlaqədardır (Dərbənd — 171 mm, Calğan — 262 mm). Burada palıd, heyva və digər bitkilər meşə əmələ gətirir.
Əhali
Dağın ətəklərində Yuxarı Calğan, Mitağı və Mitağı-Qazmalar kimi kəndlər yerləşir.
Görməli yerləri
Dağda yerləşir:
- məlumata görə burada Qafqaz Albaniyasının ilk katalikosu Qriqoris dəfn edilmişdir.
- 1722-ci ildə I Pyotrın burada olması ilə əlaqədar pir təşkil edilmişdir.
- Stalaktitli mağarada "müqəddəs" "Urus-bulağı" yerləşir. Deyilənə görə burada I Pyotr su içmişdir.
- Əlifba sırasına görə dağlar
- Dağıstan dağları
- Zirvə hündürlüyü 1000 m-ə qədər

