Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması

Cavid Hüseynov (9 mart 1988[…], Qaracallı, Cəbrayıl rayonu) — keçmiş azərbaycanlı futbolçu və məşqçi.

Cavid Hüseynov

Vikipediya, azad ensiklopediya
Cavid Hüseynov
Ümumi məlumatlar
Doğum tarixi 9 mart 1988(1988-03-09)[…] (38 yaş)
Doğum yeri
Vətəndaşlığı
  •  Azərbaycan
Boyu 186 sm
Çəkisi 73 kq
Mövqeyi hücumçu
Karyerası
Klub karyerası
2005–2007 AzərbaycanTuran Tovuz 29 (5)
2005  AzərbaycanMOİK Bakı 5 (0)
2007 AzərbaycanOlimpik Bakı 3 (0)
2008–2009 Azərbaycanİnter Bakı 23 (3)
2010–2012 AzərbaycanNeftçi Bakı 64 (4)
2012–2013 TürkiyəAdana Demirspor 12 (0)
2013–2014 AzərbaycanBakı 38 (8)
2014–2015 AzərbaycanQəbələ 31 (12)
2016–2019 AzərbaycanQəbələ 58 (4)
2019–2020 AzərbaycanZirə 16 (2)
2020–2021 AzərbaycanQəbələ 20 (0)
Milli yığma
2008— AzərbaycanAzərbaycan 52 (2)
Məşqçisi olduğu klublar
2022–2023 Azərbaycan Şamaxı (köm.)
2023–2024 Azərbaycan Cəbrayıl
2024 Azərbaycan Turan Tovuz (köm.)
2024–2025 Azərbaycan Səbail
2024–2025 Azərbaycan Araz-Naxçıvan

  1. Milli çempionatların müxtəlif liqalarında peşəkar klubların heyətində keçirdiyi oyunların və vurduğu qolların sayı.
  2. Rəsmi oyunlarda milli yığmanın heyətində keçirdiyi oyunların və vurduğu qolların sayı.
  3. 16 mart 2025 tarixində redaktə olunub.
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Cavid Hüseynov (9 mart 1988[…], Qaracallı, Cəbrayıl rayonu) — keçmiş azərbaycanlı futbolçu və məşqçi.

Həyatı

Cavid Hüseynov 9 mart 1988-ci ildə Cəbrayıl rayonunun Qaracallı kəndində anadan olub.

Futbolçu karyerası

Futbolla 10 yaşında Bakı şəhərindəki Respublika Olimpiya İdman Liseyində məşğul olmağa başlamışdır. İlk məşqçisi Rəhman Tağıyevdir.

Peşəkar futbol karyerasına Azərbaycan Premyer Liqasında çıxış edən Tovuzun "Turan" klubunda başlamışdır. Həmçinin Bakının "Olimpik" və "İnter" klublarında çıxış etmişdir.

"İnter" (Bakı) klubunun heyətində 2008 və 2009-cu illərdə Çempionlar Liqası və Avropa Liqasının oyunlarında iştirak etmişdir.

2012-ci ilin yayında Türkiyə 1-ci liqasının "Adana Dəmirspor" klubu ilə müqavilə bağlamış, lakin 2012/13 mövsümünün ortalarında yenidən Bakıya qayıtmışdır.

2014-cü ildən "Qəbələ" klubunun heyətində çıxış etmişdir.

1 iyun 2019-cu ildə Hüseynov "Qəbələ" klubu ilə yollarını ayırmışdır. Bir neçə gün sonra o, "Zirə" klubu ilə iki illik müqavilə imzalamışdır.

Milli komanda

Azərbaycanın əsas milli komandasının heyətində debütü 4 iyun 2008-ci il tarixində Andorra-la-Velya şəhərində, Andorra milli futbol komandasına qarşı keçirilən yoldaşlıq oyunu zamanı baş tutmuşdur. Həmçinin, Azərbaycanın 19 yaşadək gənclərdən ibarət milli komandasında da çıxış etmişdir.

Məşqçi karyerası

Cəbrayıl

Cavid Hüseynov 2021-ci ildə "Cəbrayıl" futbol klubunu təsis edib. Hal-hazırda klub Azərbaycan Birinci Liqasında çıxış edir.

Şamaxı

22 iyun 2022-ci ildə "Şamaxı" klubunun baş məşqçisi təyin olunub.

Turan Tovuz

Hüseynov 2024-cü ildə "Turan Tovuz" klubunda baş məşqçinin köməkçisi kimi çalışıb. 11 noyabr 2024-cü ildə onun klubla müqaviləsinə qarşılıqlı razılaşma əsasında xitam verilib.

Səbail

11 noyabr 2024-cü ildə "Səbail" klubunun baş məşqçisi təyin olunub. Onunla 2025/2026 mövsümünün sonuna qədər müqavilə imzalanıb.

16 mart 2025-ci ildə Azərbaycan Premyer Liqası çərçivəsində "Səbail"in "Neftçi"yə 1:2 hesabı ilə məğlub olduğu matçdan sonra keçirilən mətbuat konfransında Cavid Hüseynov klubun rəhbərliyini sərt tənqid edib. Bu tənqiddən bir neçə saat sonra klub Hüseynovun istefaya göndərildiyini bildirib.

Araz-Naxçıvan

16 iyun 2026-cı ildə "Araz-Naxçıvan"ın rəhbərliyi baş məşqçi vəzifəsinə Cavid Hüseynovu təyin etmişdir. 15 avqustda, 2026/27 mövsümünün I turunun keçirildiyi gün "Araz-Naxçıvan"ın əsas komandasının baş məşqçisi vəzifəsinə Zaur İsmayılov təyin edilmişdir. Bununla belə, klub rəhbərliyinin daxili qərarına əsasən, Misli Premyer Liqasının 2026/2027-ci illər mövsümündə A komandasının məşq və oyun proseslərinin idarə edilməsi, taktiki-texniki hazırlıq, nəticələr, eləcə də mətbuatla ünsiyyət (mətbuat konfransları və açıqlamalar) Cavid Hüseynova tapşırılmışdır. Həmin gün MPL I tur çərçivəsində Cavid Hüseynov "Araz-Naxçıvan"ın baş məşqçisi kimi ilk rəsmi oyununu "İmişli"yə qarşı keçirmiş, görüşdə hesab açılmamışdır.

Şəxsi həyatı

Evlidir, üç övladı var. Cavid Hüseynovun atası Birinci Qarabağ müharibəsinin şəhididir.

Uğurları

Qəbələ FK

  • Futbol üzrə Azərbaycan Kuboku 2018–19

2012-ci ilin yayında Hüseynov iki illik müqavilə imzalayaraq TFF Birinci Liqa təmsilçisi Adana Dəmirspora keçdi.

5 iyul 2014-cü ildə Hüseynov Qəbələ ilə bir illik müqavilə imzaladı.

17 oktyabr 2016-cı il tarixində, 2016–17 mövsümünün sonuna qədər Qəbələ ilə yenidən müqavilə imzaladı.

Mükafatları

Neftçi Bakı

Azərbaycan Premyer Liqası: 2010–2011 ; 2011–2012

Qəbələ FK

Azərbaycan Kuboku: 2018–2019

Üst