| Şəhər | |
| Dağ Arıxlı | |
|---|---|
| დაგარახლო | |
| 41°22′58″ şm. e. 44°09′34″ ş. u.HGYO | |
| Ölkə |
|
| Mxare | Aşağı Kartli |
| Rayon | Başkeçid |
| Tarixi və coğrafiyası | |
| Mərkəzin hündürlüyü | 1.460 m |
| Əhalisi | |
| Əhalisi |
|
| Rəqəmsal identifikatorlar | |
| Telefon kodu | +995 (360) |
| Poçt indeksi | 1710 |
| Dağ Arıxlı | |
Dağ Arıxlı (gürc. სოფელი დაგარახლო) — Gürcüstan Respublikasının Kvemo-Kartli mxaresinin Başkeçid rayonunun inzibati-ərazi vahidində kənd. 1 yanvar 2010-cu il vəziyyətinə görə İpnari kənd inzibati-ərazi dairəsinə daxildir.
Coğrafiyası
Kənd rayonun inzibati mərkəzi olan Başkeçid şəhərindən 12 km şimal-qərbdə, Lükün-Şindi dağının qərb ətəklərində yerləşir.
Tarixi
"Dağ Arıxlı" toponiminin Qıpçaq mənşəli Arıq tayfasının adından yarandığı ehtimal edilir. Tarixi qaynaqlarda kəndin adına "Məryəmli" şəklində də rast gəlinir.
Əhalisi
Kənddə 1886-cı ildə 18 ailədə 137 nəfər, 1926-cı ildə 41 ailədə 290 nəfər azərbaycanlı yaşayırdı.
17-24 yanvar 2002-ci il Ümumgürcüstan əhali siyahıyaalınmasının rəsmi yekunlarına əsasən kənddə yaşayan 711 nəfər (354 nəfəri kişilər, 357 nəfəri qadınlar) əhalinin 100 %-i etnik azərbaycanlılardan ibarətdir.
1 yanvar 2010-cu il tarixinə olan rəsmi təxminə əsasən kənddə 762 nəfər əhali yaşayır.
Təhsil
Kənddə ilk dünyəvi məktəb 1926-cı ildə yaradılıb. Hazırda kənddə bir ibtidai məktəb fəaliyyət göstərir. Və məktəbdə 97 şagird təhsil almaqdadır.
- Əlifba sırasına görə yaşayış məntəqələri
- Borçalı kəndləri
- Dmanisi bələdiyyəsinin yaşayış məntəqələri
- Gürcüstanda yaşayan etnik qruplar