Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması

Mehman Ələkbər oğlu Ələkbərov (6 oktyabr 1957, Gəncə – 4 iyun 1993, Gəncə) — Birinci Qarabağ müharibəsi iştirakçısı, Gəncə Batalyonu komandiri. 4 iyun Gəncə qiy

Mehman Ələkbərov

Vikipediya, azad ensiklopediya
Mehman Ələkbərov
Mehman Ələkbər oğlu Ələkbərov
Şəxsi məlumatlar
Doğum tarixi 6 oktyabr 1957(1957-10-06)
Doğum yeri
  • Gəncə, Azərbaycan SSR, SSRİ
Vəfat tarixi 4 iyun 1993(1993-06-04) (35 yaşında)
Vəfat yeri
  • Gəncə, Azərbaycan
Dəfn yeri
  • Gəncə Şəhidlər Xiyabanı
Vətəndaşlığı SSRİ SSRİ
Azərbaycan Azərbaycan
Təhsili
  • Gəncə Dövlət Universiteti
Hərbi fəaliyyəti
Mənsubiyyəti Azərbaycan Respublikası
Döyüşlər
  • Birinci Qarabağ müharibəsi,
  • 4 iyun Gəncə qiyamı

Mehman Ələkbər oğlu Ələkbərov (6 oktyabr 1957, Gəncə4 iyun 1993, Gəncə) — Birinci Qarabağ müharibəsi iştirakçısı, Gəncə Batalyonu komandiri. 4 iyun Gəncə qiyamının şəhidi.

Həyatı və hərbi fəaliyyəti

Mehman Ələkbərov 1957-ci ildə Gəncə şəhərinin Qaraçılar məhəlləsində anadan olub. Həsən bəy Zərdabi adına Gəncə Dövlət Pedoqoji İnstitunun Tarix fakültəsini bitirib. Əvvəl Şamaxıda məktəb direktorunun müavini, sonra isə Gəncədə 1 saylı internat məktəbində və 36 saylı məktəbdə müəllim işləyib.

1990-cı ilin yanvarında Todan , Sarısu, Çaykənd kəndlərinə ermənilərlə şiddətli döyüşlər gedən vaxt Mehman Ələkbərov özünün yaxın silahdaşları ilə birlikdə həmin kəndlərin müdafiəsində iştirak edib. Gəncə batalyonunun yaradılmasına nail olan Mehman Ələkbərov batalyonu ilə birgə Tərtərin, Ağdərənin, Goranboyun, Xanların kəndlərinin müdafiəsində iştirak etmişdir.

Mehman Ələkbərovun başçılğı ilə Həsanqaya adlı ərazidə, Gəncə batalyonu erməni silahlılarının "Arabo" batalyonunun 170-dən çox canlı qüvvəsini məhv edib. Ermənistanda bu hadisələylə bağlı 3 günlük matəm elan olunub və həmin əməliyyatdan sonra əks tərəfin komandanlığı Mehman Ələkbərovun başına 6 milyon məbləğində pul qoymuşdu. Habelə, Mehman Ələkbərov öz Ağdərənin Qasapet, Drambun, Aterk kəndləri ilə yanaşı, Şuşa, Laçın, Füzuli bölgələrindəki döyüşlərdə də iştirak edib. Bu döyüşlərdə Mehman Ələkbərov 28 dəfə yaralanmışdır.

Mehman Ələkbərovun qəbri

Mehman Ələkbərov 1993-cü il iyunun 4-də, Gəncədə baş vermiş qarşıdurmanın qarşısını almaq istəyərkən güllələnərək öldürülmüşdür. 18 güllə yarası almış komandir 35 yaşında yerindəcə həlak olmuşdu.

Həmçinin bax

Üst