| Dağ Bilici | |
|---|---|
| 41°12′42″ şm. e. 48°50′39″ ş. u.HGYO | |
| Ölkə |
|
| Tarixi və coğrafiyası | |
| Mərkəzin hündürlüyü | 567 m |
![]() Dağ Bilici | |
Dağ Bilici — Azərbaycan Respublikasının Şabran rayonunun Taxtalar kənd inzibati ərazi dairəsində kənd. 2 aprel 2010-cu il tarixli 982-IIIQ saylı Azərbaycan Respublikasının Qanunu ilə Dəvəçi rayonunun Dağ Bilici kəndi Düz Bilici kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, mərkəzi Taxtalar kəndi olmaqla, Taxtalar kənd inzibati ərazi dairəsi yaradılmış və Azərbaycan Respublikasının ərazi vahidlərinin Dövlət reyestrinə daxil edilmişdir.
Toponimikası
Oykonimin birinci komponenti (dağ) onu digər eyniadlı oykonimdən (Düz Bilici) fərqləndirməyə xidmət edir, ikinci komponent isə kəngərlilərin bilici tayfasının adını əks etdirir, "dağlıq ərazidə olan Bilici kəndi" deməkdir.
Coğrafiyası və iqlimi
Kənd dağlıq ərazidə yerləşir. Kənd 19 iyul 2013-cü ildə Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin iştirakı ilə açılışı olmuş Şabran–Pirəbədil–Zeyvə avtomobil yolunun üstündədir.
Əhalisi
Kəndin əhalisi 696 nəfər təşkil edir. Əhalisi tamamilə tatlardan ibarətdir. Əsas ünsiyyət vasitəsi tat dilidir. Bu kənd tat adət–ənənəsini yaşadan nadir kəndlərdəndir.[mənbə göstərilməlidir]
Mədəniyyəti
Dağ Bilici kəndində tat xalqının mədəniyyətini yaşatmaq və təbliğ etmək məqsədilə Xınayaxdı folklor ansamblı fəaliyyət göstərir.
Həmçinin bax
- Əlifba sırasına görə yaşayış məntəqələri
- Əhalisiz yaşayış məntəqəsi
- Şabran rayonu qaralamaları
- Şabran rayonunun kəndləri

