Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması

Daşbaşı dağı  – Ordubad  rayonu ərazisində dağ (hünd. 1708,8 m). Zəngəzur silsiləsinin suayırıcısındakı Səfərdərə (3826,4 m) yüksəkliyindən cənub-qərbə ayrılan

Daşbaşı dağı

Vikipediya, azad ensiklopediya
Daşbaşı dağı
Ümumi məlumatlar
Dağ sistemi Kiçik Qafqaz
Mütləq hündürlüyü 1708,8 m
Yerləşməsi
Ölkə  Azərbaycan
Rayon
  • Ordubad

Daşbaşı dağı  – Ordubad  rayonu ərazisində dağ (hünd. 1708,8 m). Zəngəzur silsiləsinin suayırıcısındakı Səfərdərə (3826,4 m) yüksəkliyindən cənub-qərbə ayrılan Xoşkeşin qolunda zirvə. Üstüpü kəndindən  3,5 km qərbdədir. Orta Eosenin Lütet mərtəbəsinə aid Dərəlik lay dəstəsinin çökmə süxurlarından təşkil olunmuş kəsik konusa bənzər, cənub yamacı sıldırımlı yüksəklikdir. Tektonik cəhətdən Ordubad qarılma zonasının Paradaş seqmentində, eyniadlı əyilmənin mərkəzi strukturu olan Şurud-Vənənd sinklinalının cənub-qərb  qanadını mürəkkəbləşdirən ikincidərəcəli Daşbaşı  asimmetrik antiklinalın tağ hissəsində yerləşir. Zirvəsindən antiklinalın tağını yaran şimal-qərb istiqamətli əks-fay qırılması keçir.

Həmçinin bax:

Üst