Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması

Çovdar — Azərbaycan Respublikasının Daşkəsən rayonunun Çovdar kənd inzibati ərazi dairəsində kənd.

Çovdar (Daşkəsən)

40°36′48″ şm. e. 46°06′29″ ş. u.HGYO
Vikipediya, azad ensiklopediya
Çovdar
40°36′48″ şm. e. 46°06′29″ ş. u.HGYO
Ölkə
  •  Azərbaycan
Əhalisi
Əhalisi
  • 132 nəf. (2009)
Xəritəni göstər/gizlə
Çovdar xəritədə
Çovdar
Çovdar
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Çovdar — Azərbaycan Respublikasının Daşkəsən rayonunun Çovdar kənd inzibati ərazi dairəsində kənd.

Toponimikası

"Çovdar" etnotoponimdir. Adını ərazidəki eyniadlı dağdan almışdır.

Tarixi

Kəndin 1869-cu ildə yaranması haqqında məlumatlar mövcuddur.

Tarixi abidələri

Çovdar kəndində aşağıdakı daşınmaz tarix və mədəniyyət abidələri qeydə alınmışdır:

İnventar № Abidənin adı Tarixi Yerləşdiyi ünvan Növü Əhəmiyyət dərəcəsi
4187 Kilsə 1869-cu il Çovdar kəndi Memarlıq Yerli
4188 Qala 1891-ci il Çovdar kəndinin
5 kilometrliyində
Memarlıq Yerli

Coğrafiyası və iqlimi

Kənd Çovdar dağının şimal yamacında yerləşir.

Əhalisi

İl Daimi əhali Kişilər Qadınlar
1999 59 31 28
2009 ↗132 ↗77 ↗55

İqtisadiyyatı

Əhalinin əsas məşğuliyyətini əkinçilik, maldarlıq və heyvandarlıq təşkil edir.

Mədəniyyəti

Kənddə Çovdar kənd kitabxana filialı, Çovdar kənd Mədəniyyət Evi fəaliyyət göstərir.

Kənddə 1869-cu ilə aid kilsə, 1891-ci ilə aid qala mövcuddur.

Təhsil

Kənddə təhsil müəssisəsi mövcud deyil.

Din

Kənddə dini ibadət yeri və ya dini icma qeydə alınmamışdır.

Səhiyyə

Kənddə Çovdar kənd tibb məntəqəsi yerləşir.

Şəkillər

Həmçinin bax

Üst