Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması

Dağ Arıxlı (gürc. სოფელი დაგარახლო) — Gürcüstan Respublikasının Kvemo-Kartli mxaresinin Başkeçid rayonunun inzibati-ərazi vahidində kənd. 1 yanvar 2010-cu il və

Dağ Arıxlı

41°22′58″ şm. e. 44°09′34″ ş. u.HGYO
Vikipediya, azad ensiklopediya
Şəhər
Dağ Arıxlı
დაგარახლო
41°22′58″ şm. e. 44°09′34″ ş. u.HGYO
Ölkə
  •  Gürcüstan
Mxare Aşağı Kartli
Rayon Başkeçid
Tarixi və coğrafiyası
Mərkəzin hündürlüyü 1.460 m
Əhalisi
Əhalisi
  • 447 nəf. (2014)
Rəqəmsal identifikatorlar
Telefon kodu +995 (360)
Poçt indeksi 1710
Xəritəni göstər/gizlə
Dağ Arıxlı xəritədə
Dağ Arıxlı
Dağ Arıxlı

Dağ Arıxlı (gürc. სოფელი დაგარახლო) — Gürcüstan Respublikasının Kvemo-Kartli mxaresinin Başkeçid rayonunun inzibati-ərazi vahidində kənd. 1 yanvar 2010-cu il vəziyyətinə görə İpnari kənd inzibati-ərazi dairəsinə daxildir.

Coğrafiyası

Kənd rayonun inzibati mərkəzi olan Başkeçid şəhərindən 12 km şimal-qərbdə, Lükün-Şindi dağının qərb ətəklərində yerləşir.

Tarixi

"Dağ Arıxlı" toponiminin Qıpçaq mənşəli Arıq tayfasının adından yarandığı ehtimal edilir. Tarixi qaynaqlarda kəndin adına "Məryəmli" şəklində də rast gəlinir.

Əhalisi

Kənddə 1886-cı ildə 18 ailədə 137 nəfər, 1926-cı ildə 41 ailədə 290 nəfər azərbaycanlı yaşayırdı.

17-24 yanvar 2002-ci il Ümumgürcüstan əhali siyahıyaalınmasının rəsmi yekunlarına əsasən kənddə yaşayan 711 nəfər (354 nəfəri kişilər, 357 nəfəri qadınlar) əhalinin 100 %-i etnik azərbaycanlılardan ibarətdir.

1 yanvar 2010-cu il tarixinə olan rəsmi təxminə əsasən kənddə 762 nəfər əhali yaşayır.

Təhsil

Kənddə ilk dünyəvi məktəb 1926-cı ildə yaradılıb. Hazırda kənddə bir ibtidai məktəb fəaliyyət göstərir. Və məktəbdə 97 şagird təhsil almaqdadır.

Üst