| Daşaltı körpüsü | |
|---|---|
| | |
| |
| 39°45′40″ şm. e. 46°45′56″ ş. u.HGYO | |
| Ölkə |
|
| Keçid | Qarqarçay |
| Yeri | Şuşa rayonu |
Daşaltı körpüsü — Azərbaycanın Şuşa rayonunda, Şuşa şəhərindən 1 kilometr (0.62 mil) şimal-şərqdə, Daşaltı dərəsi boyunda axan Qarqarçayın üzərində yerləşən körpü.
Tarixi
Daşaltı körpüsü 1720-ci ildə tikilmişdir. 1992-ci ildə Şuşanın işğalı ilə ermənilərin nəzarətinə keçmişdir. 2020-ci ildə Şuşanın azad edilməsindən sonra imzalanan üçtərəfli bəyanata əsasən, rus sülhməramlılarının nəzarətinə keçmişdir. Körpü indiki dövrdə də çayı keçmək üçün önəmli vasitə kimi xidmət edir. 2021-ci ildə rus sülhməramlıları körpünün təmirini həyata keçirmişdir.
Memarlığı
Körpü tağlıdır. Tağın künc hissələri yonulmuş daşlardan ibarətdir. Bundan başqa, körpünün qalan hissələri çay daşı, əhəngdaşı və əhəng məhlulu ilə üzlənmişdir. Körpünün aşırımının uzunluğu 5.87 metr (19.3 ft), keçidin eni 4.05 metr (13.3 ft), su səviyyəsindən hündürlüyü 8.10 metr (26.6 ft) qədərdir.
- Əlifba sırasına görə körpülər
- Şuşa abidələri
- XVIII əsrdə yarananlar
- 1720
