| Daşbaşı | |
|---|---|
| | |
| 39°27′50″ şm. e. 46°57′24″ ş. u.HGYO | |
| Ölkə |
|
| Region | Qarabağ iqtisadi rayonu |
| Rayon | Xocavənd rayonu |
| Daşbaşı | |
Daşbaşı — Azərbaycan Respublikasının Xocavənd rayonunun Arakül kənd inzibati ərazi dairəsində kənd. 1993-cü ildən 20 oktyabr 2020-ci ilə kimi Ermənistan Silahlı Qüvvələrinin işğalı altında olmuşdur. Daşbaşı kəndi 20 oktyabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir.1993-cü il avqust ayının 15-də Daşbaşı faciəsi baş vermişdir.Birinci Qarabağ müharibəsi zamanı, 1993-cü il avqustun 15-də erməni silahlı birləşmələri Daşbaşı postunu ələ keçirib. "Media.az" saytı "Modern.az"-a istinadən xəbər verir ki, döyüşlər zamanı 23 azərbaycanlı hərbi qulluqçusu həlak olub və hadisələr zamanı onların meyitləri təhqir edilərək tanınmaz hala salınmışdır.
Toponimikası
Yerli əhalinin verdiyi məlumata görə, kəndi Xocalı rayonunun Daşbaşı kəndindən köçüb gəlmiş ailələr saldığı üçün kənd onların keçmiş yaşayış məntəqələrinin adını daşıyır.
Tarixi
Tarixi abidələri
Daşbaşı kəndində aşağıdakı daşınmaz tarix və mədəniyyət abidəsi qeydə alınmışdır:
| İnventar № | Abidənin adı | Tarixi | Yerləşdiyi ünvan | Növü | Əhəmiyyət dərəcəsi |
|---|---|---|---|---|---|
| 4350 | Məbəd | Qeyd olunmayıb | Daşbaşı kəndi | Memarlıq | Yerli |
Coğrafiyası və iqlimi
Kənd Qarabağ silsiləsinin ətəyində yerləşir.
Əhalisi
| İl | Daimi əhali | Kişilər | Qadınlar |
|---|---|---|---|
| 1999 | XXXX | XXXX | XXXX |
| 2009 | ↗XXXX | ↗XXXX | ↗XXXX |
Həmçinin bax
- Əlifba sırasına görə yaşayış məntəqələri
- Əhalisiz yaşayış məntəqəsi
- Xocavənd rayonunun kəndləri
- Arakül kənd inzibati ərazi dairəsindəki yaşayış məntəqələri
