| Digah | |
|---|---|
| 38°45′47″ şm. e. 48°49′37″ ş. u.HGYO | |
| Ölkə | |
| Şəhər | Lənkəran şəhəri |
| Bələdiyyə sədri | Natiq Babayev |
| Tarixi və coğrafiyası | |
| Sahəsi | 2,5058 km² |
| Saat qurşağı | UTC+4 |
| Əhalisi | |
| Əhalisi | 2.816 nəfər (2024) |
| Milli tərkibi | azərbaycanlılar, talışlar |
| Digah | |
Digah — Azərbaycan Respublikasının Lənkəran şəhərinin Şiləvar inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 19 may 1993-cü il tarixli, 611 saylı Qərarı ilə Lənkəran rayonunun Kərgəlan kənd sovetinin Digah kəndi Şiləvar kənd Sovetinin tərkibinə verilmişdir.
Toponimiyası
Kəndin ərazisi XIX əsrdə Şiləvar kəndinin obası olmuşdur. 1870-ci ilə aid sənədlərdə burada üç ev olduğu haqqında məlumat verilir. Oykonim talış dilindəki di (kənd) və gah (yer) sözlərindən düzəlib, "kənd, kənd yeri" mənasındadır.
Əhalisi
Digah kəndinin əhalisi 1 yanvar 2024-cü il tarixində 2.816 nəfərə çatmışdır. Əhalinin milli tərkibini əsasən azərbaycanlılar və talışlar təşkil edir.
Din
Kənddə Digah kənd məscidi dini icması fəaliyyət göstərir.
Həmçinin bax
- Əlifba sırasına görə yaşayış məntəqələri
- Lənkəran rayonu qaralamaları
- Lənkəran rayonunun kəndləri
- Lənkəran rayonunun yaşayış məntəqələri
