Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması

Camalova Dilrubə Cəbrayıl qızı (7 yanvar 1938, Lənkəran – 13 mart 2009, Qarazəncir, Cəlilabad rayonu) — Azərbaycan ictimai-siyasi xadimi, Azərbaycan Kommunist P

Dilrubə Camalova

Vikipediya, azad ensiklopediya
Dilrubə Camalova
Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı
23 avqust 1993 31 may 2000
ƏvvəlkiHüseynqulu Məmmədov
SonrakıYaşar Rzayev
Azərbaycan Kommunist Partiyası Lənkəran Şəhər Komitəsinin birinci katibi
3 iyul 1981 dekabr 1988
Əvvəlkiİsa Məmmədov
SonrakıAqil Rəhimov
Şəxsi məlumatlar
Doğum tarixi 7 yanvar 1938(1938-01-07)
Doğum yeri
Vəfat tarixi 13 mart 2009(2009-03-13) (71 yaşında)
Vəfat yeri
Vəfat səbəbi yol-nəqliyyat hadisəsi
Partiya
  • Sovet İttifaqı Kommunist Partiyası (1967–1991)
Təhsili
  • Sov.İKP MK yanında Ali Partiya Məktəbi[d],
  • Azərbaycan Dövlət Pedaqoji Universiteti
Təltifləri "Oktyabr inqilabı" ordeni "Qırmızı əmək bayrağı" ordeni

Camalova Dilrubə Cəbrayıl qızı (7 yanvar 1938, Lənkəran13 mart 2009, Qarazəncir, Cəlilabad rayonu) — Azərbaycan ictimai-siyasi xadimi, Azərbaycan Kommunist Partiyası Lənkəran Şəhər Komitəsinin birinci katibi (1981–1988), Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı (1993–2000).

Həyatı

Dilrubə Camalova 1938-ci il yanvarın 7-də Lənkəran şəhərində anadan olmuşdur. 1955-ci ildə Yardımlıda orta məktəbi, 1960-cı ildə ali məktəbi, 1987-ci ildə isə Bakı Ali Partiya Məktəbini bitirmişdir.

Əmək fəaliyyətinə Lənkəran şəhər 2 saylı orta məktəbində müəllimlikdən başlamışdır. 1960–1972-ci illərdə müəllim, 1972–1975-ci illərdə Lənkəran Şəhər Xalq Maarif Şöbəsinin müdiri işləmişdir.

1975–1981-ci illərdə Lənkəran Şəhər Partiya Komitəsinin ikinci katibi, 1981–1988-ci illərdə Lənkəran Şəhər Partiya Komitəsinin birinci katibi, 1989–1992-ci illərdə Azərbaycan Pedoqoji Kadrların İxtisasının Artırılması və Yenidən Hazırlanması Baş İnstitutunun Lənkəran filialında müəllim, direktor müavini, direktor, 1992–1993-cü illərdə Lənkəran Dövlət Universitetinin prorektoru, 1993–2000-ci illərdə Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı, 2000–2006-cı illərdə isə Azərbaycan Respublikası Qadın Problemləri üzrə Dövlət Komitəsi sədrinin birinci müavini vəzifələrinə çalışmışdır.

1965–1990-cı illərdə Lənkəran şəhər və rayon sovetlərinin deputatı, İcraiyyə Komitəsinin üzvü olmuşdur. 1972–1990-cı illərdə ardıcıl olaraq Lənkəran Şəhər Partiya Komitəsinin üzvü və büro üzvü, 1985-ci ildə Azərbaycan SSR Ali Sovetinə deputat və Ali Sovet Rəyasət Heyətinin üzvü seçilmişdir. "Qırmızı əmək bayrağı", "Oktyabr inqilabı" ordenləri və bir çox medallarla təltif olunmuşdur.

1988-ci ildə Heydər Əliyevin əleyhinə Mərkəzi Komitənin plenumunda və Ali Sovetin sessiyasında çıxış etmədiyinə görə Azərbaycan KP MK-nın rəhbərliyi tərəfindən Lənkəran Şəhər Partiya Komitəsinin birinci katibi vəzifəsindən azad edilmişdir. Xarici və daxili düşmənlərin fitvası ilə qondarma "Talış-Muğan Respublikası"nı "quran" Ə. Hümbətov və onu dəstəkləyənlərə qarşı qətiyyətlə mübarizə aparmışıdr.

2009-cu il martın 13-də Cəlilabad rayonunda avtomobil qəzasında həlak olmuşdur.

Üst