Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Dreyfus işi — 1894–1906-cı illərdə Fransa Ordusu Baş Qərargahının zabiti, əslən yəhudi olan kapitan Alfred Dreyfusa qarşı alman xüsusi xidmət orqanlarının xeyri

Dreyfus işi

  • Ana Səhifə
  • Dreyfus işi
Alfred Dreyfus

Dreyfus işi — 1894–1906-cı illərdə Fransa Ordusu Baş Qərargahının zabiti, əslən yəhudi olan kapitan Alfred Dreyfusa qarşı alman xüsusi xidmət orqanlarının xeyrinə casusluq etməsi ittihamı üzərində qurulan məhkəmə prosesi və bu proses ətrafında baş verən hadisələrə verilən ad.

Fransa tarixi
Fransa dövlət gerbi
Bu məqalələr ölkə seriyasındandır
Tarixə qədərki Fransa
Antik Fransa
Roma Qalliyası (e.ə. 220—481)
Orta əsrlər Fransası
Sülalələr:
Merovinqlər (481—751)
Karolinqlər (751—987)
Kapetinqlər (987—1328)
Valua (1328—1589)
Burbonlar (1589—1792, 1814—1848)
İnqilaba qədərki Fransa
Yüzillik müharibə (1337-1453)
Jakeriya üsyanı (1358)
Nant razılaşması
Fransa mütləqiyyəti (1643—1789)
Müasir Fransa
Böyük Fransa inqilabı (1789—1799)
Yakobinlər (1793—1794)
Konvent (1792—1795) (Jirondistlər, Montanyarlar)
Əbukir dəniz döyüşü (1798)
Əbukir döyüşü (1799)
Fransa Direktoriyası
Birinci Fransa Respublikası (1792—1804)
Birinci imperiya (1804—1814)
Tilzit sülhü (1807)
Burbon restavrasiyası (1814—1830)
İyul monarxiyası (1830—1848)
İkinci Fransa Respublikası (1848—1852)
İkinci imperiya (1852—1870)
Üçüncü Fransa Respublikası (1870—1940)
Paris Kommunası (1871)
Dreyfus işi (1894-1906)
Vişi rejimi (1940—1944)
Fransa Respublikasının Müvəqqəti Hökuməti (1944—1946)
Dördüncü Fransa Respublikası (1946—1958)
Beşinci Fransa Respublikası (1958)

Fransa portalı
  • b
  • m
  • r

Bu proses XIX əsrin sonu XX əsrin əvvəllərində Fransa tarixində çox böyük iz buraxmış, o dövrkü Fransa cəmiyyətini "dreyfusçular"a və "antidreyfusçular"a bölmüşdür.

Emil Zolyanın L`Aurore qəzetindəki "Mən ittiham edirəm" başlıqlı məqaləsi, 13 yanvar 1898

Məşhur fransız yazıçısı Emil Zolyanın 1898-ci il yanvar ayının 13-də Parisdə nəşr olunan "L'Aurore" qəzetinin baş səhifəsində Fransa prezidenti Feliks Fora ünvanlanmış "Mən ittiham edirəm" (J'Accuse) başlıqlı məşhur məktubu dərc edildikdən sonra "Dreyfus işi" yeni mərhələyə qədəm qoymuşdur. Bu məsələ ətrafında hakim partiyalar və ordu rəhbərliyi arasında fikir ayrılıqları yaranmışdır. Dreyfusa qarşı irəli sürülən ittihamların əsassız olduğuna inananlar bu işin antisemitizm nümunəsi olduğunu iddia etmişlər.

Kapitan Dreyfus 1894-cü ilin dekabrında məhkəmə qərarı ilə hərbi xidmətdən uzaqlaşdırılaraq ömürlük həbs cəzasına məhkum edilmiş və 1895-ci ilin yanvarında cəzasını çəkmək üçün Fransa Qvianasına, paytaxt Kayennadan 11 km aralıda yerləşən Şeytan adalarına göndərilmişdir.

1899-cu ilin sentyabrında kassasiya şikayəti əsasında məhkəmə işinə yenidən baxılmış və Alfred Dreyfusun həbs cəzası 10 ilə endirilmişdir, lakin tezliklə o, Fransa prezidenti tərəfindən əfv olunmuşdur. Buna baxmayaraq, Dreyfusun tərəfdarları onun bəraət alması üçün çalışmış və 1903-cü ilin noyabrında yenidən kassasiya şikayəti ilə məhkəməyə müraciət etmişlər. 1906-cı ildə məhkəmənin qərarı ilə Dreyfus bəraət almış, üzərindəki bütün ittihamlar götürülmüş, ordudakı vəzifəsinə geri qaytarılmış və Fəxri Legion ordeni ilə təltif edilmişdir.

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Aprel 06, 2026

    Leonid Vaynşteyn

  • Aprel 16, 2026

    Eyvaz Hüseynov

  • Aprel 10, 2026

    Dağlıq Qarabağın ətrafında Ermənistan nəzarətindəki Azərbaycan əraziləri

  • Aprel 05, 2026

    Alman ədəbiyyatı

  • Mart 26, 2026

    Çərşənbə axşamı

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.realwiki.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst