Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması

Dünyamalı Böyükxan oğlu Məmmədov (3 sentyabr 1952, Həziabad, Astraxanbazar rayonu) — azərbaycanlı dövlət xadimi; Azərbaycan Respublikasının Milli Məclisinin I ç

Dünyamalı Məmmədov

Vikipediya, azad ensiklopediya
Dünyamalı Məmmədov
Azərbaycan Respublikasının Milli Məclisinin I çağırış deputatı
24 noyabr 1995 12 noyabr 2000
Seçki dairəsi1995 — 96 nömrəli Cəlilabad şəhər
Şəxsi məlumatlar
Doğum tarixi 3 sentyabr 1952(1952-09-03) (73 yaş)
Doğum yeri
Təhsili Azərbaycan Texniki Universiteti
Azərbaycan Prezidentinin yanında Dövlət İdarəçilik Akademiyası

Dünyamalı Böyükxan oğlu Məmmədov (3 sentyabr 1952, Həziabad, Astraxanbazar rayonu) — azərbaycanlı dövlət xadimi; Azərbaycan Respublikasının Milli Məclisinin I çağırış deputatı.

Həyatı

Dünyamalı Məmmədov 1952-ci il sentyabrın 3-də Cəlilabad rayonunun Həziabad qəsəbəsində anadan olub. Azərbaycan Politexnik İnstitutunun İnşaat bölməsində, Sosial İdarəetmə və Politologiya İnstitutunun isə Politologiya bölməsində ali təhsil alıb. Rus dilini bilir. Bitərəfdir. Ailəlidir, üç övladı var.

Fəaliyyəti

1995-ci il noyabrın 12-də baş tutan parlament seçkilərində 96 nömrəli Cəlilabad şəhər dairəsindən bitərəf namizəd olan Dünyamalı Məmmədov I çağırış Milli Məclisin deputatı seçilib. 1995-ci il noyabrın 24-dən səlahiyyətlərinin icrasına başlayan Dünyamalı Məmmədov Milli Məclisin Təbii ehtiyatlar, enerji və ətraf mühit məsələləri Daimi Komissiyasının və Azərbaycan—İtaliya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü olub.

Üst