Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması

Eyvazlılar — Azərbaycan Respublikasının Goranboy rayonunun Boluslu kənd inzibati ərazi dairəsində kənd.

Eyvazlılar (Goranboy)

39°52′ şm. e. 47°38′ ş. u.HGYO
Vikipediya, azad ensiklopediya
Eyvazlılar
39°52′ şm. e. 47°38′ ş. u.HGYO
Ölkə
  •  Azərbaycan
Tarixi və coğrafiyası
Saat qurşağı
  • UTC+04:00
Əhalisi
Əhalisi
  • 125 nəf. (2009)
Xəritəni göstər/gizlə
Eyvazlılar xəritədə
Eyvazlılar
Eyvazlılar

EyvazlılarAzərbaycan Respublikasının Goranboy rayonunun Boluslu kənd inzibati ərazi dairəsində kənd.

Tarixi

Toponimikası

Eyvazalılar kəndi Gəncə-Qazax düzənliyindədir. Bəzi ədəbiyyatlarda səhvən Eyvazlılar variantında qeydə alınmışdır. Yerli əhalinin məlumatına görə, yaşayış məntəqəsini XIX əsrin axırlarında indiki Qazax rayonunun ərazisindən gəlmiş Eyvazalı adlı şəxs saldığına görə belə adlandırılmışdır. Lakin qazax tayfalarının bir qolu olan eyvazalılar (yerli tələffüz formasında ayvazalılar) Qazax rayonunun Xanlıqlar kəndində bu gün də yaşayır. Oykonim etnotoponim olub, eyvazalılar nəslinin adını əks etdirir. 1933-cü ildə Qaradonlu (İmişli) r-nu ərazisində də Eyvazallar adlı kənd qeydə alınmışdır.

Əhalisi

2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 125 nəfər əhali yaşayır.

Həmçinin bax

  • Goranboy rayonu
Üst