Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Fərhad Şəmsi oğlu Bədəlbəyli (27 dekabr 1947, Bakı) — pianoçu, SSRİ xalq artisti (1990), Azərbaycan SSR xalq artisti (1978), Azərbaycan SSR Dövlət mükafatı laur

Fərhad Bədəlbəyli

  • Ana Səhifə
  • Fərhad Bədəlbəyli

Fərhad Şəmsi oğlu Bədəlbəyli (27 dekabr 1947, Bakı) — pianoçu, SSRİ xalq artisti (1990), Azərbaycan SSR xalq artisti (1978), Azərbaycan SSR Dövlət mükafatı laureatı (1986), Üzeyir Hacıbəyov adına Bakı Musiqi Akademiyasının rektoru (1991-ci ildən).

Fərhad Bədəlbəyli
Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının rektoru
Vəzifədədir
1991-ci ildən
ƏvvəlkiElmira Abasova
Şəxsi məlumatlar
Doğum tarixi 27 dekabr 1947(1947-12-27) (78 yaş)
Doğum yeri
  • Bakı, Azərbaycan SSR, SSRİ
Təhsili
  • Moskva Dövlət Konservatoriyası,
  • Bakı Musiqi Akademiyası
Fəaliyyəti pianoçu, bəstəkar, musiqişünas
Atası Şəmsi Bədəlbəyli

Təltifləri "SSRİ xalq artisti" fəxri adı — 19901990 "Azərbaycan SSR xalq artisti" fəxri adı — 19781978 "Azərbaycan SSR əməkdar artisti" fəxri adı — 1972 Azərbaycan SSR Dövlət mükafatı — 19861986
"İstiqlal" ordeni — 20172017 "Şərəf" ordeni — 20222022 "Şöhrət" ordeni — 19971997 "İncəsənət və ədəbiyyat" ordeni kavaleri (Fransa) — 2000
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

Həyatı

Fərhad Şəmsi oğlu Bədəlbəyli 27 dekabr 1947-ci ildə Bakıda görkəmli rejissor, Azərbaycan SSR xalq artisti Şəmsi Bədəlbəylinin ailəsində anadan olmuşdur.

1965–1969-cu illərdə Ü. Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasında (professor M. R. Brennerin sinfində), 1969–1971-ci illərdə P. İ. Çaykovski adına Moskva Dövlət Konservatoriyasının aspiranturasında (dosent B. Davidoviçin sinfində) oxumuşdur. Fərhad Bədəlbəylinin adı B. Smetana adına (Çexoslavakiya, 1967, III mükafat və Smetana əsərinin ən yaxşı ifaçısı mükafatı) və Vianna da Motta adına (Portuqaliyada – Lissabonda keçirilmiş Pianoçuların Beynəlxalq Müsabiqəsi, 1968, laureatı) beynəlxalq müsabiqələrdəki uğurlu çıxışlardan sonra məşhurlaşır.

Bu gün F. Bədəlbəyli fəal konsert yaradıcılığı ilə məşğuldur. Pianoçunun qastrol səfərləri – Bolqarıstan, Almaniya, Yunanıstan, Danimarka, İsrail, İtaliya, Kuba, Norveç, Portuqaliya, Tunis, Türkiyə, Finlandiya, Fransa, Çexoslovakiya, İsveçrə, Yuqoslaviya, Yaponiya və b. əhatə edir. Musiqi təşkilatçılığı işi, maarifçilik – F. Bədəlbəylinin ikinci, mühüm fəaliyyət sahəsidir. 1986–1989-cu illərdə o, Azərbaycan Musiqi Cəmiyyətinin idarə heyəti sədrinin I müavini olmuşdur. F. Bədəlbəylinin təşəbbüsü ilə Bakı İncəsənət Mərkəzi (1987–1996-cı illərdə o, buranın rəhbəri olmuşdur) və Azərbaycan Musiqi Xadimləri Cəmiyyəti (hal-hazırda o, 1989-cu ildən bu cəmiyyətin sədridir) yaradılmışdır.

1995-ci ildən o, "Azərbaycan Mədəniyyətinin Dostları" fondunun üzvüdür. 1971-ci ildən F. Bədəlbəyli Azərbaycan Dövlət Konservatoriyasında dərs deyir (1976-cı ildən dosent, 1983-cü ildən professor). 1991-ci ildən F. Bədəlbəyli onun təşəbbüsü ilə Ü. Hacıbəyov adına Bakı Musiqi Akademiyasına çevrilmiş ADK-nın rektorudur.

Mükafatları

  • "Azərbaycan SSR əməkdar artisti" fəxri adı — 19 aprel 1972
  • "Azərbaycan SSR xalq artisti" fəxri adı — 11 yanvar 1978
  • Azərbaycan SSR Ali Sovetinin Fəxri fərmanı — 11 aprel 1975; 24 fevral 1979
  • "SSRİ xalq artisti" fəxri adı — 6 noyabr 1990
  • Azərbaycan SSR Dövlət mükafatı — 1986
  • "Şöhrət" ordeni — 26 dekabr 1997
  • Fransanın "İncəsənət və Ədəbiyyat" ordeni — 2000
  • "İstiqlal" ordeni — 25 dekabr 2017
  • "Şərəf" ordeni — 26 dekabr 2022

Filmoqrafiya

  • Azadlıq məşəli (film, 1967)
  • Böyük ömrün anları (film, 2006)
  • Fərhad (film, 1987)
  • Kədərimiz... Vüqarımız...
  • Maestro Niyazi (film, 2007)
  • Memar (film, 2006)
  • Mənə inanın! (film, 2007)
  • Nəğməkar torpaq (film, 1981)
  • Ötən ömrün notları (film, 2003)
  • Üç eskiz (film, 1978)
  • Ürək nəğməsi (film, 1989)
  • Üzeyir ömrü (film, 1981)

Nəsil şəcərəsi

 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Bəşir bəy
Bədəlbəyli
 
 
 
Əzizə xanım
 
 
 
 
 
 
 
 
 
 
 
Şirinbəyim
xanım
(1853–1939)
 
Əbdülhüseyn bəy
Hacıbəyov
(1842–1901)
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Bədəl bəy
Bədəlbəyli
(1875–1932)
 
 
 
Rəhimə xanım
 
 
 
Əhməd bəy
Bədəlbəyli

(1884–1954)
 
 
 
 
 
 
 
 
Zülfüqar bəy
Hacıbəyov

(1884–1950)
 
Üzeyir bəy
Hacıbəyov

(1885–1948)
 
Ceyhun bəy
Hacıbəyli
(1891–1962)
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Əfrasiyab
Bədəlbəyli

(1907–1976)
 
Davud
Bədəlbəyli
 
Turqut
Bədəlbəyli
 
Məsturə
Bədəlbəyli
 
Şəmsi
Bədəlbəyli

(1911–1987)
 
 
Məmməd
Ağdamski

(d. 1934)
 
Telman
Ağdamski
(d. 1936)
 
 
 
 
Niyazi
Hacıbəyov
(1912–1984)
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Fərhad
Bədəlbəyli

(d. 1947)

Ədəbiyyat

  • Tərlan Seyidov, Fərhad Bədəlbəylinin həyat və yaradıcılığı (məqalələr, rəylər, müsahibələr, materiallar)”. Bakı: “Şərq-Qərb” – 483 səh.
  • Ənvər Çingizoğlu, Bədəlbəylilər (Miriyevlər), "Soy" elmi-kütləvi dərgi, 2009, № 5, səh.34–48.
←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Mart 27, 2026

    Fərhad Əliyev

  • Aprel 24, 2026

    Qazaxıstan tengəsi

  • Aprel 21, 2026

    Stefan Sarkotiç

  • Mart 27, 2026

    Aygün Kazımova

  • Aprel 20, 2026

    Makedoniyalı İskəndər

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.realwiki.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst