Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması

Günel Anarqızı — Azərbaycan yazıçısı, publisisti və jurnalisti, türkoloq, Azərbaycan Yazıçılar Birliyinin üzvü.

Günel Anarqızı

Vikipediya, azad ensiklopediya
Günel Anarqızı
Doğum adı Günel Anar qızı Rzayeva
Doğum tarixi 6 mart 1972(1972-03-06) (54 yaş)
Doğum yeri
  • Bakı, Azərbaycan SSR, SSRİ
Atası Anar
Anası Zemfira Səfərova
Təhsili
  • Bülbül adına Orta İxtisas Musiqi Məktəbi[d] (1979–1990),
  • BDU Şərqşünaslıq fakültəsi (1990–1995)
Fəaliyyəti yazıçı, jurnalist, publisist
Fəaliyyət illəri 1996-cı ildən

Günel Anarqızı — Azərbaycan yazıçısı, publisisti və jurnalisti, türkoloq, Azərbaycan Yazıçılar Birliyinin üzvü.

Həyatı

Bülbül adına orta ixtisas musiqi məktəbini bitirmişdir. BDU-nun şərqşünaslıq fakültəsində ali təhsil almışdır. Günel Anarqızı "Pəncərə", "Ölkəm", "Azercell" jurnallarının baş redaktoru olmuşdur.

2018-ci ildə Azərbaycan-Polşa əlaqələrinin möhkəmlənməsində xidmətlərinə görə Azərbaycanın Polşa səfirliyinin medalına layiq görülmüşdür.

2018-ci ildə Heydər Əliyev Fondunun təşəbbüsü ilə yaradılmış Bakı Kitab Mərkəzinin direktorudur.

Ailəsi

2 qızı var (Sezen Məmmədli, Dəniz Məmmədli).

Kitabları

  • Altıncı. Bakı: Yurd, 2006, 192 səh.
  • Arzu. Bakı: Mütərcim, 2009, 52 səh.
  • Нет, то есть да.
  • Qarabağ hekayələri.
  • Seçilənlər. 2016-cı il.
  • Sərhədsiz səma. 2024
Üst