Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Nigar Xudadat qızı Rəfibəyli (23 iyun 1913, Yelizavetpol – 9 iyul 1981, Bakı) — azərbaycanlı şair, tərcüməçi, 1934-cü ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü

Nigar Rəfibəyli

  • Ana Səhifə
  • Nigar Rəfibəyli

Nigar Xudadat qızı Rəfibəyli (23 iyun 1913, Yelizavetpol – 9 iyul 1981, Bakı) — azərbaycanlı şair, tərcüməçi, 1934-cü ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycan SSR xalq şairəsi (1981), Azərbaycan SSR əməkdar mədəniyyət işçisi (1967).

Nigar Rəfibəyli
Nigar Xudadat qızı Rəfibəyli
Doğum tarixi 23 iyun 1913(1913-06-23)
Doğum yeri
  • Yelizavetpol, Yelizavetpol quberniyası, Rusiya imperiyası
Vəfat tarixi 9 iyul 1981(1981-07-09) (68 yaşında)
Vəfat yeri
  • Bakı, Azərbaycan SSR, SSRİ
Dəfn yeri İkinci Fəxri Xiyaban
Milliyyəti azərbaycanlı
Həyat yoldaşı Rəsul Rza
Uşağı Anar
Atası Xudadat bəy Rəfibəyli
Təhsili
  • Moskva Dövlət Pedaqoji Universiteti[d]
Fəaliyyəti yazıçı, şair, dramaturq, tərcüməçi
Fəaliyyət illəri 1940–1981
Əsərlərinin dili Azərbaycan dili
Mükafatları
  • "Azərbaycan SSR xalq şairi" fəxri adı — 19811981 "Azərbaycan SSR əməkdar mədəniyyət işçisi" fəxri adı — 1967
  • "Şərəf nişanı" ordeni — 19591959
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

Həyatı

Nigar Rəfibəylinin atası Xudadat bəy Rəfibəyli

Nigar Rəfibəyli 1913-cü il iyunun 23-də Gəncə şəhərində anadan olmuşdur. Bakı Pedaqoji Texnikumunu bitirmişdir (1930). Moskvada Pedaqoji İnstitutda təhsilini davam etdirmişdir (1932–1936). Bakı kinostudiyasında ssenari şöbəsində, eyni zamanda fəhlə-gənclər məktəbində (1930–1932), "Azərnəşr"də bədii-ədəbiyyat şöbəsində tərcüməçi və redaktor (1931), "Uşaqgəncnəşr"də bədii ədəbiyyat şöbəsində redaktor (1937–1939) vəzifələrində işləmişdir. Xidmətlərinə görə "Şərəf" nişanı, orden və medallarla təltif olunmuşdur.

"Çadra" adlı ilk şeri 1928-ci ildə "Dan ulduzu" jurnalında dərc edilmişdir. 1934-cü ildə nəşr olunmuş ilk "Şerlər" kitabı Azərbaycan qadınlarının yeni həyat quruculuğunda iştirakından bəhs edir. "Dolores İbarruri" (1936) şeri ispan xalqının faşizmə qarşı qəhrəmanlıq mübarizəsinə həsr olunmuşdur. "Cəmilə" şeri Əlcəzair xalqının milli azadlıq mübarizəsinə həsr olunmuş qüvvətli lirik əsərlərdəndir.

Məhsəti Gəncəvinin rübailərini, Evripidin "İfigeniya", Fridrix Şillerin "Məkr və məhəbbət", Anton Çexovun "Vanya dayı", "Albalı bağı" dramalarını, E. L. Voyniçin "Ovod", O. Qonçarın "Bayraqdarlar" romanlarını, Əlişir Nəvai, Aleksandr Puşkin, Mixail Lermontov, Taras Şevçenko, Ş. Petöfi, A. Mitskeviç, A. Sereteli və başqalarının əsərlərini tərcümə etmişdir. Əsərləri xarici dillərə tərcümə olunmuşdur.

1981-ci ildə Bakı şəhərində vəfat etmişdir. Məzarı II Fəxri Xiyabandadır.

Rəsul Rza və Nigar Rəfibəylinin Bakıda xatirə lövhəsi (Bakı)

Mükafatları

  • "Şərəf nişanı" ordeni — 9 iyun 1959
  • "Azərbaycan SSR əməkdar mədəniyyət işçisi" fəxri adı — 21 oktyabr 1967
  • Azərbaycan SSR Ali Sovetinin Fəxri fərmanı — 28 iyun 1973
  • "Azərbaycan SSR xalq şairəsi" fəxri adı — 19 iyun 1981

Kitabları

Təbiət mənzərələri, mənəvi zənginlik, vətənpərvərlik, sülh, demokratiya, azadlıq ideyaları tərənnüm olunan kitabları

  • Şerlər (1934)
  • Dənizin səsi gəlir (1964)
  • İşıqlı dünyam (1969)
  • Günəşdən gənclik istədim (1974)
  • Həzin bir axşamda düşsən yadıma (1982)
  • Şanlı nəsillərin yadigarısan (1982)

Müharibə movzusuna və müharibə əleyhinə həsr olunan kitabları

  • Zəfər nəğməsi (1943)
  • Şerlər (1949)
  • Anaların səsi (1951)
  • Yol xatirələri, Avropa ətrafında səyahət gündəliyindən (1957)

Uşaqlar üçün yazdığı kitablar

  • Balaca qəhrəman (1942)
  • Günəşin cavabı (1966)
  • Məstanın balaları (1968)
  • Bizə bahar yaraşır (1978)
←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Aprel 26, 2026

    İstehsalat münasibətləri

  • Mart 31, 2026

    XNXX

  • Aprel 06, 2026

    Böyük Çin

  • Aprel 07, 2026

    Xoy xanlığı

  • Aprel 03, 2026

    Şah məscidi

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.realwiki.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst