Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Georgi (Qriqori) Georgiyeviç Şaroyev (rus. Георгий Георгиевич Шароев; 13 iyun 1890, Moskva – 23 may 1969, Bakı) — Azərbaycan-sovet pianoçusu və pedaqoqu, profes

Georgi Şaroyev

  • Ana Səhifə
  • Georgi Şaroyev

Georgi (Qriqori) Georgiyeviç Şaroyev (rus. Георгий Георгиевич Шароев; 13 iyun 1890, Moskva – 23 may 1969, Bakı) — Azərbaycan-sovet pianoçusu və pedaqoqu, professor (1930), Azərbaycan SSR əməkdar incəsənət xadimi (1936). O, Azərbaycan musiqi incəsənətində fortepiano ifaçılığı sənətinin banisi hesab edilir.

Georgi Şaroyev
rus. Георгий Георгиевич Шароев
Ümumi məlumatlar
Digər adı Qriqori Şaroyev
Doğum tarixi 13 iyun 1890
Doğum yeri Moskva, Moskva quberniyası, Rusiya imperiyası
Vəfat tarixi 23 may 1969 (78 yaşında)
Vəfat yeri Bakı, Azərbaycan SSR, SSRİ
Dəfn yeri
  • II Fəxri Xiyaban
Vətəndaşlığı Rusiya İmperiyası Rusiya imperiyası→
Azərbaycan Azərbaycan Xalq Cümhuriyyəti→
SSRİ SSRİ
Uşaqları
  • Anton Şaroyev[d],
  • İoakim Şaroyev[d]
Musiqiçi məlumatları
Fəaliyyəti pianoçu, musiqi pedaqoqu
Musiqi aləti piano
Təhsili
  • Moskva Dövlət Konservatoriyası (1900),
  • Sankt-Peterburq Dövlət Konservatoriyası[d] (–1915)
Mükafatları "Azərbaycan SSR əməkdar incəsənət xadimi" fəxri adı — 1936
"Qırmızı əmək bayrağı" ordeni — 19591959

Həyatı

Georgi Şaroyev 13 iyun 1890-cı ildə Moskva şəhərində anadan olmuşdur. Pianoda ifa etməyi səkkiz yaşında öyrənməyə başlamış, tanınmış müğənni Kamillo Everardidən[rus.] müğənnilik dərsləri almış anası Dariya Qriqoryevna Şaroyeva ilə birlikdə mahnıları ifa etmişdir. 1900-cü ildə Moskva Konservatoriyasına qəbul edilmiş, burada Henrix Paxulski[rus.], Vasili Safonov[rus.], Konstantin İqumnov[rus.] kimi pedaqoqlardan dərslər almışdır. Daha sonra anası ilə Peterburqa köçmüş və buradakı Peterburq Konservatoriyasında ilk öncə professor Mariya Benuanın, sonralar isə Anna Yesipovanın[rus.] şagirdi olmuş və buranı 1915-ci ildə bitirmişdir.

Georgi Şaroyev 1919-cu ildə Bakı Musiqi Texnikumunun direktoru Leonid Nikolayevin[rus.] dəvəti ilə Bakıya gəlmiş, 1920-ci ildən Xalq Konservatoriyasına, 1921-ci ildən isə Azərbaycan Dövlət Konservatoriyasına çevrilən bu musiqi məktəbində yarım əsrə yaxın müəllim olmuşdur. O, 1930-cu ildə professor adını almış, 1934–1952-ci illərdə kafedra müdiri olmuş, 1948–1950-ci illərdə burada prorektor işləmişdir. 1941-ci ildən Sov.İKP üzvü olmuşdur. 1934–1935-ci illərdə Bakı Zabitlər Evinin nəzdində fəaliyyət göstərən musiqi dərnəklərinin bazasında uşaq musiqi məktəbinin təsisçisi və uzun müddət direktoru olmuşdur.

Azərbaycan pianoçularından Kövkəb Səfərəliyeva, Elmira Nəzirova, Qara Qarayev, Vaqif Mustafazadə, Çingiz Sadıqov, Fəridə Quliyeva və başqaları Georgi Şaroyevin tələbələri olmuşlar. Georgi Şaroyev Üzeyir Hacıbəyovun ən yaxın əməkdaşlarından olmuş, onun haqda dəfələrlə mətbuatda xatirələrlə çıxış etmişdir.

Georgi Şaroyev 23 may 1969-cu ildə vəfat etmişdir. Ölümündən sonra, 1969-cu ildə Bakı Dairəsi Hərbi Sovetinin qərarı ilə təsis etdiyi orta ixtisas musiqi məktəbinə adı verilmişdir.

SSRİ xalq artisti, rejissor İoakim Şaroyevin[rus.] (1930–2000), Rusiya Federasiyasının və Ukrayna SSR-in əməkdar incəsənət xadimi, dirijor və skripkaçı Anton Şaroyevin[rus.] (1929–2021) atasıdır.

Təltif və mükafatları

  • "Azərbaycan SSR əməkdar incəsənət xadimi" fəxri adı — 1 fevral 1936[⇨]
  • "Qırmızı əmək bayrağı" ordeni — 9 iyun 1959
←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Mart 31, 2026

    Azərbaycan tayfaları

  • Mart 26, 2026

    Azərbaycan Hərbi Hava Qüvvələri

  • Aprel 09, 2026

    Ailə (film)

  • Aprel 04, 2026

    Nikita Xruşşov

  • Aprel 02, 2026

    18 oktyabr

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.realwiki.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst