Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması

Girdəsər silsiləsi – Babək və Şahbuz rayonları ərazisində Dərələyəz silsiləsindən cənub-qərbə ayrılan Təknə qolunun qurtaracağında cənub-şərqə istiqamətlənmiş,

Girdəsər silsiləsi

Vikipediya, azad ensiklopediya
Girdəsər silsiləsi
Ümumi məlumatlar
Dağ sistemi Kiçik Qafqaz
Mütləq hündürlüyü 1568 m
Yerləşməsi
Ölkə  Azərbaycan
Vilayət

Girdəsər silsiləsi – Babək və Şahbuz rayonları ərazisində Dərələyəz silsiləsindən cənub-qərbə ayrılan Təknə qolunun qurtaracağında cənub-şərqə istiqamətlənmiş, yamacları sıldırımlı alçaqdağlıq tirə. Naxçıvançayın və onun sağ qolu Cəhriçayın arasında təqribən 8 km məsafəyə üzanır. Ən yüksək zirvəsinin hündürlüyü 1568 m-dir.  Çəpinə istiqamətlənmiş konsekvent antisedentvari dərələrlə bir neçə  hissəyə ayrılmışdır. Orta Eosenə aid Paradaş lay dəstəsinin çökmə süxurlarından təşkil olunmuşdur. Tektonik cəhətdən Ordubad qarılma zonasının Şahbuz seqmentinin cənub-qərb cinahına aid Mərəlik-Göynük sinklinalının şimal-şərq qanadında yerləşir. Cənub-qərb yamacı boyu dərin fay qırılması izlənilir. 

Həmçinin bax

Üst