Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması

Gümüşlü — Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Şərur rayonunda kənd. 1 mart 2003-cü il tarixli 423-IIQ saylı Azərbaycan Respublikasının Qanun

Gümüşlü (Şərur)

39°38′44″ şm. e. 45°05′12″ ş. u.HGYO
Vikipediya, azad ensiklopediya
Gümüşlü
39°38′44″ şm. e. 45°05′12″ ş. u.HGYO
Ölkə
  •  Azərbaycan
Xəritəni göstər/gizlə
Gümüşlü xəritədə
Gümüşlü
Gümüşlü

GümüşlüAzərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Şərur rayonunda kənd. 1 mart 2003-cü il tarixli 423-IIQ saylı Azərbaycan Respublikasının Qanunu ilə Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Yaycı kənd inzibati ərazi dairəsi tərkibindəki Gümüşlü qəsəbəsi kənd statusuna aid edilərək Gümüşlü kəndi adlandırılmışdır.

Gümüşlü kəndinin adı SSRİ zamanında orda yerləşən, gümüş rezervindən gəlir. Gümüşlü əhalisi öz ali savadlığı ilə Şərurda rayonunda önəm daşıyan qəsəbələrdən idi. Kənddə 4 restorant, 1 kinoteatr, 1 orta məktəb yerləşirdi. Əhalinin sözlərinə görə Gümüşlü kəndinə hər gün 5 dəfə avtobus reysi var imiş. Gümüşlü qəsəbə statusunu 91-də məcburi köç səbəbilə itirdi. 91-ə qədər aktiv bir qəsəbə olan Gümüşlü, köç verərək dinamikliyini itirməyə başladı və hal-hazırda kənd əhalisi əllə sayıla biləcək qədərdir. Kənddə yerləşən Arpaçay SES (su-elektrik stansiyası) Arpaçayın başlanğıcı olaraq bilinir və Arpaçay Su Anbarından (Yuxarı Göl) suyu Arpaçaya daşıyır.

Tarixi

29 mart 2005-ci ildə Gümüşlü və Şahbulaq kəndləri Aşağı Yaycı kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, Gümüşlü kəndi mərkəz olmaqla, Gümüşlü kənd inzibati ərazi dairəsi yaradılmışdır.

Toponimikası

Dərələyəz silsiləsinin ətəyindədir. Yaşayış məntəqəsi 1964-cü ildə Gümüşlü filiz idarəsi yaxınlığında salındığına görə belə adlandırılmışdır.

Əhalisi

Əhalisi 1943 nəfərdir (2009-cu il)

Üst