Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması

Hazırlanmış xəmirdən 12–13 kündə (4-ü böyük olmaqla) ayrılaraq yayılır. Dibi yaxşıca şit yağla yağlanıb üzərinə 2 qalın yuxa salındıqdan sonra içlik əlavə edili

Gəncə paxlavası

Vikipediya, azad ensiklopediya
Azərbaycan Milli Mətbəxi
Gəncə paxlavası

Gəncə paxlavası — Azərbaycanın qədim şirniyyat növüdür.

Lazım olan ərzaqlar

Xəmir

200qr yağ 200qr xama 2 yumurta 0,5 S/t su 950qr un 1qr duz

İçlik

  • 1kq qoz
  • 0,5kq badamləpəsi(qaynar suda isladilaraq soyulmuş halda)
  • 1,3kq şəkər tozu
  • 10qr əzilmiş hil-müxək

Üzərinə tökmək üçün

  • 500qr ərinmiş kərə yağı

Şərbət

  • 1s/t su
  • 0,5s/t
  • 2s/t şəkər tozu
  • 10qr zəfəran.

Hazırlanma qaydası

Hazırlanmış xəmirdən 12–13 kündə (4-ü böyük olmaqla) ayrılaraq yayılır. Dibi yaxşıca şit yağla yağlanıb üzərinə 2 qalın yuxa salındıqdan sonra içlik əlavə edilir. Hər nazik qatdan bir çoxlu içlik səpilir. Bu axıradək davam etdirilir. Sonda 2 qalın fətir salınır, 5–10 dəqiqədən sonra rom şəklində doğranılır. Üzəri dəmlənmiş xüsusi paxlava rəngi və yumurta sarısının qatışığı ilə rənglənib qoz və badam ləpəsi ilə bəzədilir. Qaynar közdə yaxud isti sobada 30–40 dəqiqəyə bişir. Sobaya qoyduqdan 15–20 dəqiqə sonra ərinmiş yağ qaşıqla aralarına tökülür. Tam bişdikdə üzərinə qaynar şərbət tökülərək 1–2 dəqiqə sonra sobadan çıxarılır.

Həmçinin bax

Üst