Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması

Hüseyn Aqil oğlu Məlikov (31 iyul 1981, Şağan, Bakı, Azərbaycan SSR) — Azərbaycan xanəndəsi, pedaqoq, Beynəlxalq Muğam Mərkəzinin solisti.

Hüseyn Məlikov

Vikipediya, azad ensiklopediya
Hüseyn Məlikov
Hüseyn Aqil oğlu Məlikov
Ümumi məlumatlar
Doğum tarixi (45 yaş)
Doğum yeri Şağan, Bakı şəhəri, Azərbaycan SSR
Vətəndaşlığı SSRİ SSRİ
Azərbaycan Azərbaycan
Milliyyəti azərbaycanlı
Musiqiçi məlumatları
Fəaliyyəti xanəndə, pedaqoq
Janr Muğam
Musiqi aləti qaval
Təhsili

Bakı İslam Universiteti

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti
Mükafatları

Hüseyn Aqil oğlu Məlikov (31 iyul 1981, Şağan, Bakı, Azərbaycan SSR) — Azərbaycan xanəndəsi, pedaqoq, Beynəlxalq Muğam Mərkəzinin solisti.

Həyatı

Hüseyn Məlikov 31 iyul 1981-ci ildə Bakı şəhərinin Şağan qəsəbəsində anadan olmuşdur.

1987-ci ildə 124 nömrəli orta məktəbə daxil olmuş, 1998-ci ildə həmin məktəbi bitirmişdir. Elə həmin ildə Bakı İslam Universitetinə daxil olmuş, təhsilinin bir ilini Misirin Qahirə şəhərində davam etdirmişdir. 2003-cü ildə həmin ali təhsil müəssisəsini bitirmişdir.

2009-cu ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinə daxil olmuş, 2012-ci ildə həmin ali məktəbi də tamamlamışdır.

Fəaliyyəti

2012-ci ildən Hüseyn Məlikov 24 nömrəli Onbirillik Musiqi Məktəbində xanəndə müəllimi kimi fəaliyyət göstərir.

O, eyni zamanda Beynəlxalq Muğam Mərkəzinin solistidir. Repertuarı Azərbaycan muğamları və təsniflərindən ibarətdir. İfa etdiyi bir neçə muğam dəstgahının səs yazısı Azərbaycan Televiziyası və Radiosunun Fonduna daxildir.

Hüseyn Məlikov 4-cü Respublika Muğam Müsabiqəsinin laureatı olmuşdur.

O, Çin, Tacikistan, İsveç, Polşa, Türkiyə və digər ölkələrdə keçirilən konsert və festivallarda iştirak etmiş, Azərbaycan muğamını beynəlxalq səviyyədə təqdim etmişdir.

Şəxsi həyatı

Ailəlidir. 2 uşağı var.

Xanəndə Hacı Aqil Məlikov atasıdır.

Üst