Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması

Hüseyn Məmməd oğlu Musayev (1889, Şamaxı, Bakı quberniyası – 1956) — dövlət xadimi, Azərbaycan Dövlət Aqrar Universitetinin direktoru (1932–1934), repressiya qu

Hüseyn Musayev

Vikipediya, azad ensiklopediya
Hüseyn Musayev
Azərbaycan Dövlət Pedaqoji Kişi İnstitutu direktoru
1937 – 1937
ƏvvəlkiDavud Rəsulzadə
SonrakıAqil Salayev
Azərbaycan Dövlət Aqrar Universitetin 3-cü direktor
1932 – 1934
Əvvəlkiİslam Datıyev
SonrakıƏzim Dadaşov
Naxçıvan MSSR Xalq Komissarları Sovetinin sədri
ƏvvəlkiHəmid Sultanov
Naxçıvan MSSR Xalq Maarif Komissarı
Şəxsi məlumatlar
Doğum tarixi 1889(1889)
Doğum yeri
Vəfat tarixi 1956(1956) (66–67 yaşında)

Hüseyn Məmməd oğlu Musayev (1889, Şamaxı, Bakı quberniyası – 1956) — dövlət xadimi, Azərbaycan Dövlət Aqrar Universitetinin direktoru (1932–1934), repressiya qurbanı.

Həyatı

Azərbaycan Dövlət Aqrar Universiteti 1932–1934-cü illərdə instituta 3-cü direktor kimi rəhbərlik etmişdir.

1889-cu ildə Şamaxıda anadan olmuş, pedaqoji məktəbi bitirmiş, müxtəlif təhsil ocaqlarında müəllim, maarif şöbəsinin müdiri, Xalq Maarif Komissarı, Naxçıvanda Xalq Komissarlar Sovetinin sədri işləmişdir.

AKTİ-də direktor işlədiyi dövrdə onun təşəbbüsü ilə bir neçə yeni fakültə və kafedra yaradılmışdır. 1933-cü ildə Gəncədə fəaliyyət göstərən 4 kənd təsərrüfatı təmayüllü ali məktəbin Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun tərkibində birləşdirilməsinin təşəbbüskarı olmuş, burada 6 fakültə: tarlaçılıq, meyvə-tərəvəzçılik, zootexniklik, baytarlıq, kənd təsərrüfatının mexanikləşdirilməsi və hidromeliorasiya fakültələri yaradılmışdır.

1937-ci ilin əvvəlində Azərbaycan Pedaqoji İnstitutunun direktoru təyin olunmuş, həmin ilin sonlarında repressiya olunmuş, 1943-cü ildə Bakıya qayıtmış, 1954-cü ilədək uşaq evlərinə rəhbərlik etmiş, 1955-ci ildə SSRİ Ali Məhkəməsinin Hərbi Kollegiyasının qərarı ilə bəraət qazanmışdır.

1956-cı ildə vəfat etmişdir.

Üst