| Sərvər İbrahimov | |
|---|---|
| | |
| Ümumi məlumatlar | |
| Doğum tarixi | 13 fevral 1930 |
| Doğum yeri |
|
| Vəfat tarixi | 7 may 2002 (72 yaşında) |
| Vəfat yeri |
|
| Musiqiçi məlumatları | |
| Fəaliyyəti | musiqiçi, pedaqoq |
| Fəaliyyət illəri | 1946-cı ildən |
| Musiqi aləti | tar |
| Mükafatları | |
Sərvər Rza oğlu İbrahimov (13 fevral 1930, Şuşa – 7 may 2002, Bakı) — Azərbaycan tarzəni, Azərbaycan Respublikasının əməkdar artisti (2000).
Həyatı
Sərvər Rza oğlu İbrahimov 13 fevral 1930-cu ildə Şuşa şəhərində anadan olmuşdur. 1944–1950-ci illərdə Azərbaycan Dövlət Musiqi Məktəbində təhsil almışdır. Əhməd Bakıxanov, Mirzə Mansurdan dərs almışdır.
Sərvər İbrahimov 1946–1955-ci illərdə Azərbaycan Dövlət Filarmoniyasının, 1955–1964-cü illərdə isə Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblının solisti olmuşdur. 1978–1988-ci illərdə "Azkonsert" Qastrol-Konsert Birliyində çalışmışdır. Bir çox xanəndələri, o cümlədən Xan Şuşinskini müşayiət etmişdir.
1985–2002-ci illərdə Sərvər İbrahimov Bülbül adına Orta İxtisas Musiqi Məktəbində pedaqoji fəaliyyət göstərmişdir. 28 oktyabr 2000-ci ildə ona "Azərbaycan Respublikasının əməkdar artisti" fəxri adı verilmişdir.
Sərvər İbrahimov 7 may 2002-ci ildə Bakı şəhərində vəfat etmişdir.
- 13 fevralda doğulanlar
- 1930-cu ildə doğulanlar
- Şuşada doğulanlar
- 7 mayda vəfat edənlər
- 2002-ci ildə vəfat edənlər
- 72 yaşında vəfat edənlər
- Bakıda vəfat edənlər
- Azərbaycan Respublikasının əməkdar artistləri
- Əlifba sırasına görə musiqiçilər
- Azərbaycan tarzənləri