Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması

Həsənağa (Həsən) Hacıağa oğlu Mustafayev (1 avqust 1896, Bakı – 22 aprel 1971, Bakı) — Azərbaycan boyakarı və teatr rəssamı, Azərbaycan SSR əməkdar incəsənət xa

Həsənağa Mustafayev

Vikipediya, azad ensiklopediya
Həsən Mustafayev
Doğum tarixi
Doğum yeri Bakı, Bakı quberniyası, Rusiya İmperiyası
Vəfat tarixi (74 yaşında)
Vəfat yeri Bakı, Azərbaycan SSR, SSRİ
Vətəndaşlığı Rusiya İmperiyası Rusiya imperiyası
Azərbaycan Azərbaycan Xalq Cümhuriyyəti
SSRİ SSRİ
Fəaliyyəti teatr rəssamı
Təhsili Bakı Rəssamlıq Məktəbi (1925),
Moskva Ali Bədii-Texniki Emalatxanası (1931)
Mükafatları "Azərbaycan SSR əməkdar incəsənət xadimi" fəxri adı — 1938 "Azərbaycan SSR əməkdar artisti" fəxri adı — 1940

Həsənağa (Həsən) Hacıağa oğlu Mustafayev (1 avqust 1896, Bakı22 aprel 1971, Bakı) — Azərbaycan boyakarı və teatr rəssamı, Azərbaycan SSR əməkdar incəsənət xadimi (1938), Azərbaycan SSR əməkdar artisti (1940).

Həyatı

Azərbaycan səhnəqrafiyasının ali təhsil almış ilk peşəkar rəssamlarından olan Həsənağa Mustafayev 1 avqust 1896-cı ildə Bakıda anadan olub. O, yeddinci sinifdən sonra 1922–1925-ci illərdə Bakı Rəssamlıq Məktəbində, 1926–1931-ci illərdə isə Moskva Ali Bədii-Texniki Emalatxanasında təhsil almışdır. 1933–1937-ci illərdə Moskvada SSRİ Böyük Teatrında rəssam işləmiş, 1937-ci ilin sonlarında Bakıya qayıtmışdır. Burada o əvvəlcə Azərbaycan Dövlət Opera və Balet Teatrında, sonra isə Gənc Tamaşaçılar Teatrında mürəkkəb quruluşlu tamaşalara bədii quruluş vermişdir.

Həsənağa Mustafayev Azərbaycan təsviri sənətində ilk dəfə olaraq ofort ("Mənzərə", "Arabaçı"), ksiloqrafiya ("Üzüm yığımı"), linoqravüra ("Xalçatoxuyanlar", "Zorxana") texnikalarını tətbiq etmişdir. Onun adı bəzi afişa və proqramlarda sadəcə "Həsən" kimi qeyd olunub.

Həsənağa Mustafayev 22 aprel 1971-ci ildə Bakıda vəfat etmişdir.

Mükafatları

  • "Azərbaycan SSR əməkdar incəsənət xadimi" fəxri adı — 4 dekabr 1938
  • "Azərbaycan SSR əməkdar artisti" fəxri adı — 27 aprel 1940

Rəssamı olduğu tamaşalar

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında rəssamı olduğu tamaşalar
TamaşaMüəllifTarix
VətənAbdulla Şaiq1942
Lənkəran xanının vəziriMirzə Fətəli Axundov1943
AydınCəfər Cabbarlı1944
Məlik MəmmədƏyyub Abbasov1944
Aqil və SərvinazƏyyub Abbasov1956
AnaAbdulla Şaiq1945
Bir saatlıq xəlifəAbdulla Şaiq1956
Qaraca çobanƏbdüləzəl Dəmirçizadə1946
Durna qatarıİsgəndər Coşqun1958
Yanmış planetin sərvətləriNovruz Gəncəli1963
Azərbaycan Dövlət Musiqili Komediya Teatrında bədii tərtibatını işlədiyi operettalar
TamaşaMüəllifTarix
Lənkəran xanının vəziriBəstəkar Niyazi1939
Malinovkada toyBoris Aleksandrov1939
Beş manatlıq gəlinMəmməd Səid Ordubadi, Səid Rüstəmov1940
Evliykən subayZülfüqar Hacıbəyov1941
Xəsisqeyd1958
Cəfər Cabbarlı adına Kirovabad Dövlət Dram Teatrında rəssamı olduğu tamaşalar
TamaşaMüəllifTarix
Məlik MəmmədƏyyub Abbasov1946
Rus məsələsiKonstantin Simonov1946
Pəri caduƏbdürrəhim bəy Haqverdiyev1947, 1956
Qərq edilmiş daşlarİlo Mosaşvili1953
1905-ci ildəCəfər Cabbarlı1955
ToySabit Rəhman1955
Çiçəkli dağMəmmədhüseyn Təhmasib1956

Qeydlər

  1. Mirzə Fətəli Axundovun eyniadlı əsəri əsasında
  2. Mirzə Fətəli Axundovun eyniadlı əsəri əsasında. Libretto müəllifi Şəmsi Bədəlbəyli, bəstəkarlar Vasif Adıgözəlov və Ramiz Mustafayev

Ədəbiyyat

  • Азәрбајҹан Совет Енсиклопедијасы: [10 ҹилддә]. VII ҹилд: МисирПрадо. Бакы: Азәрбајҹан Совет Енсиклопедијасынын Баш Редаксијасы. Баш редактор: Ҹ. Б. Гулијев. 1983. 622 с.
  • İlham Rəhimli. Azərbaycan Teatr Ensiklopediyası (3 cilddə). 2-ci cild. Bakı: Azərnəşr. 2017. 392 səh. ISBN 978-9952-8021-9-1.
  • "Һ. А. Мустафајев". № 96 (14701). Коммунист. 24 апрел 1971-ҹи ил.
Üst