| Bələdiyyə | |
| Hacıturalı bələdiyyəsi | |
|---|---|
| Azərbaycan Respublikasının Ağdam rayonunun Hacıturalı bələdiyyəsi | |
| Ölkə | Azərbaycan |
| Daxildir | Ağdam rayonu |
| İnzibati mərkəz | Hacıturalı |
| Bələdiyyə sədri (sonuncu) | Şahverənov Asif |
| Tarixi və coğrafiyası | |
| Yaradılıb | 2004 |
| Ləğv edilib | 2024 |
| Əhalisi | |
| Rəsmi dili | Azərbaycan dili |
| Rəqəmsal identifikatorlar | |
| Statistik kodu | 60903027 |
| Bələdiyyə ödənişləri üçün vergi kodu | 3205 |
| VÖEN | 3200034671 |
| Telefon kodu | +994 26 |
| Avtomobil nömrəsi | 02 |
| İnzibati nəzarət orqanı: Ədliyyə Nazirliyinin Bələdiyyələrlə iş baş idarəsi, habelə 2004-2020-ci illərdə Bərdə Regional Ədliyyə İdarəsi, 2020-2024-cü illərdə Qarabağ Regional Ədliyyə İdarəsi | |
Hacıturalı bələdiyyəsi — Azərbaycan Respublikasının Ağdam rayonunda 2004–2024-cü illərdə fəaliyyət göstərmiş bələdiyyə.
Tarixi
29.06.2004-cü il tarixli 715-IIQ nömrəli Qanunla Ağdam rayonunun "Əfətli bələdiyyəsinin əhatə etdiyi Hacıturalı, Həsənxanlı və Qəhrəmanbəyli kəndlərində Hacıturalı bələdiyyəsi" yaradılmışdı.
2004-2020-ci illərdə "Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət haqqında" Qanuna əsasən Bələdiyyə üzərində inzibari nəzarəti Ədliyyə Nazirliyi, özünün Bələdiyyələrlə iş mərkəzi (Bələdiyyələrlə iş baş idarəsi) və Bərdə Regional Ədliyyə İdarəsi vasitəsilə həyata keçirilib.
17.03.2005-ci il tarixli 03 nömrəli Protokolunda təsbit edilmiş Qərarları ilə Bələdiyyənin ilk Nizamnaməsi təsdiq edilmiş, Ağdam rayonunun Əfətli bələdiyyəsinin 22.04.2025-ci il tarixli 04 nömrəli Protokolunda təsbit edilmiş Qərarı ilə isə ləğv edilmişdir.
2004-cü ildən bu Bələdiyyə "Azərbaycan Respublikasında yerli özünüidarəetmə üzrə Əlaqələndirmə Şuraları haqqında" Əsasnaməyə uyğun olaraq yaradılmış "Ağdam Bələdiyyələrinin Əlaqələndirmə Şurası"nın üzvülüyünə qəbul edilib.
03.05.2005-ci il tarixli 903-IIQ nömrəli Qanunla təsdiq edilmiş "Bələdiyyələrin regional assosiasiyalarının Nümunəvi Əsasnaməsi"nə uyğun olaraq, bu Bələdiyyə Azərbaycan Kənd Bələdiyyələrinin Milli Assosiasiyasının üzvü olmuşdur.
2020-2024-cü illərdə "Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət haqqında" Qanuna əsasən Bələdiyyə üzərində inzibari nəzarəti Ədliyyə Nazirliyi, özünün Bələdiyyələrlə iş mərkəzi (Bələdiyyələrlə iş baş idarəsi) və Qarabağ Regional Ədliyyə İdarəsi vasitəsilə həyata keçirib.
2022-ci ildə Bələdiyyə sədri vəfat etmiş, bələdiyyəyə yeni sədr seçilməmiş və fəaliyyəti faktiki olaraq dayandırılıb.
2024-cü ilin oktyabr ayında Hacıturalı Bələdiyyəsinin Əfərtli Bələdiyyəsi ilə birləşməsi barədə qərar qəbul edilib.
18.11.2024-cü il tarixli 50-VIIQ və 51-VIIQD nömrəli qanunlarla aşağıdakı dəyişikliklər edilib: "7.3. Əfətli və Hacıturalı bələdiyyələrinin əhatə etdiyi Əfətli, Hacıməmmədli, Hacıturalı, Həsənxanlı, İsalar, Küdürlü, Qəhrəmanbəyli və Məmmədbağırlı kəndlərində Əfətli bələdiyyəsi;" yaradılıb. Bununla da Bələdiyyənin fəaliyyətinə xitam verilib.
Mərkəzi və ərazisi
"Bələdiyyə əraziləri tə torpaqları haqqında" Qanuna əsasən Ağdam rayonunun Hacıturalı bələdiyyəsinin mərkəzi Ağdamın Əfətli kənd inzibati ərazi dairləsində yerləşən Hacıturalı kəndində olub.
Bu Bələdiyyələnin ərazisinə aşağıdakılar aid edilib:
| Bələdiyyənin tam adı | VÖEN | Bələdiyyə ödəyiciləri üçün vergi kodu | Bələdiyyənin statistik kodu | İnzibati ərazi dairəsinin adı | İƏD statistik kodu | İnzibati ərazi vahidinin adı | İƏV statistik kodu |
|---|---|---|---|---|---|---|---|
| Ağdam rayonunun Hacıturalı bələdiyyəsi | 3200034671 | 3205 | 60903027 | Əfətli kənd iəd | 60903005 | Hacıturallı kəndi | 60903028 |
| Həsənxanlı kəndi | 60903058 | ||||||
| Qəhrəmanbəyli kəndi | 60903078 |
- Əlifba sırasına görə inzibati vahidlər
- 2004-cü ildə yarananlar
- 2024-cü ildə ləğv olunanlar
- Ağdam rayonunun ləğv olunmuş bələdiyyələri
- 2004-cü ildə Azərbaycanda yaradılan bələdiyyələr
- 2024-cü ildə Azərbaycanda ləğv olunan bələdiyyələr