Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması

Əbu Abdillah Məhəmməd ibn Abdillah ibn Məhəmməd əl-Hakim ən-Nisaburi (ərəb. الحاكم النيسابوري‎; 4 mart 933, Nişapur – 3 avqust 1014, Nişapur) — "əl-Müstədrək" a

Hakim ən-Nisaburi

Vikipediya, azad ensiklopediya
Hakim ən-Nisaburi
ərəb. محمد الحاكم النيسابوري
ərəb. محمد بن عبد الله بن حمدويه بن نعيم الضبي
Doğum tarixi 4 mart 933(0933-03-04)
Doğum yeri
  • Nişapur, İran
Vəfat tarixi 3 avqust 1014(1014-08-03) (81 yaşında)
Vəfat yeri
  • Nişapur, İran
Vəfat səbəbi insult
Elm sahəsi hədis elmi
Tanınmış yetirmələri Əbu Nuaym əl-İsfahani, Darəqutni, Beyhəqi, Əbdülkərim əl-Quşeyri

Əbu Abdillah Məhəmməd ibn Abdillah ibn Məhəmməd əl-Hakim ən-Nisaburi (ərəb. الحاكم النيسابوري; 4 mart 933, Nişapur3 avqust 1014, Nişapur) — "əl-Müstədrək" adlı əsərin müəllifi olan hədis hafizi.

Bioqrafiyası

3 Rəbiül-əvvəl 321-ci ilədə (mart 933) Nişaburda doğulub. Babalarına nisbətlə İbnül-Bəyyi, Dəbbi və Təhmani nisbələri ilə də tanınır. Nəsa qazısı olduğu üçün ona Hakim ləqəbi verilib.

9 yaşından hədis öyrənməyə başlayıb. İbn Hibbana, İbnül-Əxrama, Əbül-Abbas Əsama, Əbu Əli ən-Nisaburiyə, Hakim əl-Kəbirə və Əbül-Vəlid əl-Uməviyə tələbəlik edib.

Əbu Osman əl-Məğribi, Əbu Yalə Xəlili, Əbu Zər əl-Hərəvi, Beyhəqi, Əbu Saleh əl-Müəzzin və Əbdülkərim ibn Həvazin Qureyşi onun tələbələridir.

O, 3 Səfər 405-ci (3 avqust 1014) ildə vəfat etmişdir. Əbu Yalə əl-Xəlilinin onun 403-cü (1012) ildə vəfat etdiyini deməsi isə bir unutqanlıq (və ya yanılma) olaraq qəbul edilmişdir.

Hədis elmindəki yeri

Mənbələrdə Hakimin güclü bir hədis hafizi olduğu qeyd olunur. Müəllimlərindən hədis hafizi və tənqidçisi olan Əbül-Hüseyn Məhəmməd ibn Məhəmməd əl-Həccaci onun özündən daha güclü bir hafiz olduğunu söyləyir. Dövrün tanınmış mühəddisi Hakim əl-Kəbir isə yerini ancaq tələbəsi onun doldura biləcəyini demişdir. Müasiri və həmşəhərlisi olan hədis hafizi Əbu Həzim əl-Əbduyi, hədisləri əzbərləmə və onların qüsurlarını bilmə sahəsində Nişaburda Müslimdən sonra yetişən nadir hafizlar arasında Hakimin adını da çəkir və islam dünyasında hər dövrdə bir-birinə bərabər alimlər olsa da, onun dövründə Hakimin tayı olmadığını bildirir. Darəqutni isə Hakimin hafizəsinin Əbu Abdullah ibn Məndənin hafizəsindən daha möhkəm olduğunu qeyd etmişdir.

Əsərləri

Hakimin digər əsərləri "əl-Mədhəl ilə Kitabil-iklil", "əl-Mədhəl ilə mərifətis-səhih", "Tarixu Nisabur", "Sualətül-Hakim lid-Darəqutni" və "Sualətüs-Siczi lil-Hakim"dir.

Üst