| Havaptux monastırı | |
|---|---|
| | |
| Ölkə | |
| Şəhər | Kəlbəcər |
| Yerləşir | Vəngli kəndi |
| Aidiyyəti | Xaçın knyazlığı |
| Əsas tarixlər | 1223 - Həsən Cəlal tərəfindən bərpa edilib |
| Tikilmə tarixi | 1163 |
| Üslubu | Erməni memarlığı |
| Vəziyyəti | yaxşı |
Azərbaycandakı tarixi abidələrin milli qeydiyyatı | |
| İstinad nöm. | 4478 |
| Kateqoriya | Monastır |
| Əhəmiyyəti | Yerli əhəmiyyətli |
| 40°02′03″ şm. e. 46°32′55″ ş. u.HGYO | |
![]() | |
| Havaptux monastırı | |
Havaptux monastırı — Kəlbəcər rayonunun Vəngli kəndində, Gəncəsər monastırından 5 km cənubda yerləşən tarix-memarlıq abidəsi. Tikili Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən yerli əhəmiyyətli abidə kimi qeydiyyata alınmışdır.
Tarixi
Kilsənin inşa olunma tarixi və sifarişçisi haqqında məlumat onun giriş qapısı üzərindəki timpanda yerləşdirilmiş doqquz sətirlik kitabədə qeyd edilmişdir:
| 1163-cü ilin yayında, Vaxtanqın oğlu Həsən və onun həyat yoldaşı Mamkanın dövründə mən, ter Qriqorun bacısı oğlu ter İohann və qardaşımın oğlu Georq, digər qardaşların köməyi ilə ruhumuzun xilas olması üçün valideynlərimizin xatirəsinə bu kilsəni inşa etdirdik... |
Digər bir kitabədə isə 1223-cü ildə kilsənin Həsən Cəlal tərəfindən bərpa etdirilməsindən bəhs edilir.
Memarlıq xüsusiyyətləri
Kompleks kilsə, narteks və kiçik sövməədən ibarətdir. Onların ətrafında dövrümüzə tam vəziyyətdə çatmamış digər tikililərin də qalıqları vardır. Kilsənin şərqində təpənin yamacında orta əsrlərə aid geniş məzarlıq vardır.
Monastırın əsas kilsəsi planda düzbucaqlı formaya va tağtavana malik zal kilsələrdəndir. Kilsənin divarları kobud əhəngdaşı bloklarından hörülmüşdür.
Qərb tərəfdən kilsə binasına planda kvadrat formasına malik, kiçik ölçülü, apsidasız bina birləşir. Həm kilsənin, həm də həmin binanın qapıları cənub tərəfdə olmaqla, onlar üçün ümumi olan narteksə açılır. Narteks binasının inşasında kobud çaydaşılarından istifadə edilmiş, damı isə taxta şalbanlarla örtülmüşdür.
Ədəbiyyat
- Мкртчян, Ш.М, Историко-Архитектурные Памятники Нагорного Карабаха, Ереван, 1989
- Бархударянц, Макар, Арцах, Баку, 1895
- Əlifba sırasına görə tarixi abidələr
- Ağdərə rayonunun abidələri
- Alban monastırları
- XII əsrə aid monastırlar
- Ağdərə rayonunun görməli yerləri
- Ağdərə rayonundakı dini tikililər

