| Heydər Piriyev | |
|---|---|
| iyun 2022 – 11 yanvar 2024 | |
| Əvvəlki | vəzifə təsis edilib |
| Sonrakı | Gündüz Əbdülov |
| noyabr 2013 – mart 2022 | |
| 2002 – noyabr 2009 | |
| Şəxsi məlumatlar | |
| Doğum tarixi | 1 sentyabr 1959 (66 yaş) |
| Doğum yeri |
|
| Təhsili |
|
| Hərbi xidmət | |
| Mənsubiyyəti | |
| Qoşun növü | |
| Döyüşlər | Birinci Qarabağ müharibəsi İkinci Qarabağ müharibəsi |
| Rütbəsi | General-leytenant |
| | |
| Təltifləri | |
Heydər Kamal oğlu Piriyev (1 sentyabr 1959, Soyuqbulaq, Kalinino rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin general-leytenantı, Milli Müdafiə Universitetinin sabiq rektoru, Birinci Qarabağ müharibəsi və İkinci Qarabağ müharibəsi iştirakçısı, "Azərbaycan Bayrağı" ordeni laureatı (2020).
Həyatı
Heydər Kamal oğlu Piriyev 1 sentyabr 1959-cu ildə Ermənistan SSR Kalinino rayonunun Soyuqbulaq kəndində anadan olub. 1974–1976-cı illərdə Bakı şəhərində 1 №-li fizika-riyaziyyat təmayüllü məktəbdə təhsil almışdır.
1998-ci ildə Silahlı Qüvvələrin Hərbi Akademiyasının məzunu olmuşdur.
Ailəsi
Ailəlidir, 1 oğlu var.
Hərbi xidməti
1976–1980-ci illərdə Bakı Ali Ümumqoşun Komandirlər Məktəbində təhsil alıb.
1980–1991-ci illərdə SSRİ Silahlı Qüvvələrinin tərkibində müxtəlif vəzifələrdə xidmət edib.
1991-ci ildən Azərbaycan Silahlı Qüvvələrində xidmət etmişdir. 1992–1994-cü illərdə Birinci Qarabağ müharibəsi iştirakçısı olmuşdur.
Azərbaycan Respublikasının Ümumilli lideri Heydər Əliyev tərəfindən 2003-cü ildə ona general-mayor rütbəsi verilmişdir.
2002–2009-cu illərdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbin rəisi, 2009–2013-cü illərdə Naxçıvan Muxtar Respublikasında Ordu Korpusunun qərargah rəisi vəzifələrində xidmət etmişdir.
2014-cü ilin iyun ayında Heydər Kamal oğlu Piriyevə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə növbəti general-leytenant ali hərbi rütbəsi verilmiş və o, Azərbaycan Respublikası Silahlı Qüvvələrin Hərbi Akademiyasının rəisi təyin edilmişdir.
2022-ci ilin iyun ayında o, Azərbaycan Milli Müdafiə Universitetinin rektoru vəzifəsinə təyin edilmişdir.
11 yanvar 2024-cü ildə Milli Müdafiə Universitetinin rektoru vəzifəsindən azad edilərək, hərbi geyim formasını daşımaq hüququ verilməklə həqiqi hərbi xidmətdən ehtiyata buraxılmışdır.
Təltifləri
SSRİ
— "Qüsursuz xidmətə görə" medalı (2-ci dərəcə)
— "Qüsursuz xidmətə görə" medalı (3-cü dərəcə)
— "SSRİ Silahlı Qüvvələrinin 70 illiyi" yubiley medalı
Azərbaycan Respublikası
— "Vətən uğrunda" medalı
— "Hərbi xidmətlərə görə" medalı
— "Azərbaycan Respublikası Silahlı Qüvvələri Veteranı" medalı
— I dərəcəli "Qüsursuz xidmətə görə" medalı
— II dərəcəli "Qüsursuz xidmətə görə" medalı
— III dərəcəli "Qüsursuz xidmətə görə" medalı
— "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 10 illiyi (1991–2001)" yubiley medalı
— "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 90 illiyi (1918–2008)" yubiley medalı
— "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 95 illiyi (1918–2013)" yubiley medalı
— "Azərbaycan Ordusunun 100 illiyi (1918–2018)" yubiley medalı
— III dərəcəli "Hərbi xidmətlərə görə" medalı
— "Azərbaycan Bayrağı" ordeni
— "Füzulinin azad olunmasına görə" medalı
Qırğızıstan Respublikası
— Böyük Vətən müharibəsinin 60 illiyi ilə əlaqədar yubiley medalı (Qırğızıstan Müdafiə Nazirliyi tərəfindən)
- 1 sentyabrda doğulanlar
- 1959-cu ildə doğulanlar
- Yaşayan insanlar
- Taşir rayonunda doğulanlar
- Fizika, Riyaziyyat və İnformatika Təmayüllü Liseyin məzunları
- Azərbaycan Silahlı Qüvvələrinin general-leytenantları
- "Azərbaycan Bayrağı" ordeni ilə təltif edilənlər
- "Vətən uğrunda" medalı ilə təltif edilənlər
- "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edilənlər
- "Hərbi xidmətlərə görə" medalı ilə təltif edilənlər
- "Azərbaycan Silahlı Qüvvələri Veteranı" medalı ilə təltif edilənlər
- "Hərbi xidmətdə fərqlənməyə görə" 3-cü dərəcəli medalı ilə təltif edilənlər
- "Qüsursuz xidmətə görə" 1-ci dərəcəli medalı ilə təltif edilənlər
- "Qüsursuz xidmətə görə" 2-ci dərəcəli medalı ilə təltif edilənlər
- "Qüsursuz xidmətə görə" 3-cü dərəcəli medalı ilə təltif edilənlər
- "Azərbaycan Silahlı Qüvvələrinin 10 illiyi" yubiley medalı ilə təltif edilənlər
- "Azərbaycan Silahlı Qüvvələrinin 90 illiyi" yubiley medalı ilə təltif edilənlər
- "Azərbaycan Silahlı Qüvvələrinin 95 illiyi" yubiley medalı ilə təltif edilənlər
- "Azərbaycan Ordusunun 100 illiyi" yubiley medalı ilə təltif edilənlər
- SSRİ-nin 2-ci dərəcəli "Qüsursuz xidmətə görə" medalı ilə təltif edilənlər
- SSRİ-nin 3-cü dərəcəli "Qüsursuz xidmətə görə" medalı ilə təltif edilənlər
- "SSRİ Silahlı Qüvvələrinin 70 illiyi" yubiley medalı ilə təltif edilənlər
- "1941–1945-ci illər Böyük Vətən müharibəsində qələbənin 60 illiyi" yubiley medalı ilə təltif edilənlər
- Əlifba sırasına görə vəzifəli şəxslər
- Azərbaycan tərəfindən Birinci Qarabağ müharibəsi iştirakçıları
- Azərbaycan generalları
- Azərbaycanlı generallar
- Azərbaycan tərəfindən İkinci Qarabağ müharibəsi iştirakçıları